“NƏNƏNİN KƏLƏYİ” VƏ BAŞQALARI
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Əhməd Orucoğlunun bu əsərində rolları xalq artistləri Firəngiz Şərifova, Ağaxan Salmanov, əməkdar artist Yasin Qarayev, Sona Babayeva, Elnur Kərimov, Xuraman Əlizadə və başqaları oynayacaqlar.
Teatrda, həmçinin Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” əsəri və Əjdər Olun “Molla Nəsrəddin və Əmir Teymurun filləri” ikihissəli komediyası üzərində məşqlər gedir. Hər iki tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. “Yaddaş ağrısı”nda rolları əməkdar artistlər Rafiq Hüseynov, Lətifə Əliyeva, Yasin Qarayev, Azər Mirzəyev və başqaları hazırlayırlar. Əsər oktyabrın birinci ongünlüyündə tamaşaçıların mühakiməsinə veriləcəkdir.
Noyabr ayı üçün nəzərdə tutulmuş “Molla Nəsrəddin və Əmir Teymurun filləri” tamaşasında rolları Ağaxan Salmanov, Atabala Səfərov, Rahib Əliyev, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev, Ramiz Sərkərov və başqaları oynayacaqlar.