Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandariyə
Hörmətli xanım Prezident,
Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 may 2016-cı il.