İQTİSADİYYAT
Nəqliyyat Nazirliyində I Avropa Oyunları ilə bağlı müşavirə keçirilib
Bakı, 15 may, AZƏRTAC
Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat departamenti və Nəqliyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının iştirakı ilə I Avropa Oyunlarına hazırlıqla bağlı geniş tərkibli müşavirə keçirilib.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Musa Pənahov I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat verib.
Müşavirədə, həmçinin, I Avropa Oyunları ərəfəsində digər müvafiq dövlət qurumlarının gördüyü işlərdən danışılıb. Həyata keçirilmiş konkret işlər barədə aidiyyəti üzrə hesabatlar dinlənilib. Eyni zamanda son hazırlıq işləri və oyunların keçiriləcəyi müddətdə nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası və digər təşkilati məsələlər müzakirə edilib.