ELM VƏ TƏHSİL
“Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri" mövzusunda elmi konfrans keçiriləcək
Bakı, 3 iyun, AZƏRTAC
Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri" mövzusunda elmi konfrans keçiriləcək.
Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Konfransa təqdim olunan tezis 1-2 səhifə, məqalə 8-10 səhifə olmalıdır.
Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.
Təşkilati məsələlərlə bağlı sualları AZ 1143, H.Cavid prospekti, 115, 2-ci mərtəbə ünvanına göndərməklə, yaxud +994 (012) 539 51 34, (050) 268 22 44 nömrələri ilə əlaqə saxlamaqla aydınlaşdırmaq olar.