NƏSİMİ RAYONUNDA PARTLAYIŞ BAŞ VERMİŞDİR
Bakı, 29 yanvar (AZƏRTAC). Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzillərdən birində partlayış baş vermişdir.
Nəticədə mənzilin mətbəxinin pəncərə şüşəsi qopub binanın qarşısında dayanmış "BMW" markalı avtomobilin üstünə düşmüşdür. Mənzildə olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Qonşu mənzilə də ziyan dəymişdir. Yanğın hadisəsi olmamışdır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olmuşdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş, zərərçəkmişlərə ilkin tibbi yardım göstərilmişdir.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]