Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi yaradıcılığı kitab qrafikasında

Bakı, 19 iyul, AZƏRTAC

Nəsiminin 650 illiyinin qeyd edilməsi Azərbaycan sənətşünaslığında yeni elmi-tədqiqat işlərinin aparılmasına təkan verib. Şairin haqqında bədii və sənədli filmlər çəkilməsi, səhnə əsərləri hazırlanması, onun obrazının rəssamlıqda, heykəltəraşlıqda, xalçaçılıqda yaradılması sənətşünaslığı yeni tədqiqat obyekti və materialları ilə zənginləşdirir. Hətta elə mühüm materiallar var ki, yaradıldığı vaxtdan yarım əsrdən çox vaxt ötməsinə baxmayaraq, indiyədək layiqincə tədqiqat obyektinə çevrilməyib. Hesab edirik ki, belə az öyrənilmiş sahələrdən biri Nəsimi yaradıcılığının kitab qrafikası sənətindəki təzahürüdür.

Bu fikirlər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun AZƏRTAC-a təqdim etdiyi “Nəsimi yaradıcılığı kitab qrafikasında” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə yazılır ki, bədii qrafikanın tərkib hissəsi olan kitab qrafikası ötən əsrin 50-80-ci illərində əsl intibah dövrü yaşayıb. O zaman Azərbaycanda kitab qrafikasının inkişafı respublikada mədəniyyət və incəsənətin ümumi inkişafının bir hissəsi olaraq çoxsaylı nəşrlərdə bədii tərtibat nümunəsi kimi təzahür edirdi. Doğrudur, kitab nəşri indi də var, tirajın aşağı düşməsinə, qüsurların çoxalmasına baxmayaraq nəşr olunan kitablar say etibarilə əvvəlkindən də çoxdur. Lakin bu kitabların bədii tərtibatında canlı, düşüncəli rəssam əməyi çox azdır. Müasir dövrdə kitabların bədii tərtibatı əsasən kompüter vasitəsilə aparıldığından, hazır internet materiallarından istifadə edildiyindən kitabla, onun məzmunu ilə bədii tərtibat arasındakı ənənəvi əlaqə zəifləyərək ümumi xarakter alıb, fərdilik, orijinal yaradıcı münasibət itib.

Mövzudan uzaqlaşmadan Nəsimi yaradıcılığının kitab qrafikasındakı bədii tərtibat xüsusiyyətlərinə qayıdaq. Bu sahədə son 50-60 ildə yaradılmış xeyli sayda bədii nümunələr, materiallar var. Onların əksəriyyəti tədqiqata cəlb olunmayıb. Doğrudur, həmin materialların bir qismi Nəsimi sənətinin kitab tərtibatı təcəssümü müstəvisində deyil, müxtəlif rəssamların yaradıcılığının öyrənilməsi müstəvisində nəzərdən keçirilib. Lakin onların da sayı çox deyil və mövzunu daha dərindən araşdırmağa ehtiyac var.

Ümumiyyətlə, ədəbi nəşrlərin bədii tərtibatını iki əsas hissəyə bölmək olar:

- Kitabın ümumi (üz qabığı, titul vərəqi, frontispis və arxa qabığı və s.) bədii tərtibatı;

- İllüstrasiyalar.

Bu bölgü şair və yazıçıların kitablarının bədii tərtibatı üçün əsasən eyni olub, universal xarakter daşıyır. Nəsimi nəşrlərində də həmin prinsip gözlənilir.

Nəsimi yaradıcılığına aid kitablar iki qismə bölünür:

- Şairin əsərlərinin (qəzəllərinin, qəsidələrinin, məsnəvilərinin) çap olunduğu kitablar;

- Şairin həyat və yaradıcılığına həsr edilmiş elmi xarakterli, əsasən ədəbiyyatşünaslıq və dilçilik əsərləri.

Hətta ötəri bir baxış göstərir ki, kitab qrafikasının bədii cəhətdən məzmunlu, dolğun olması baxımından bədii əsərlərin toplandığı kitabların tərtibatı elmi əsərlərdən daha qüvvətlidir. Eyni zamanda, elmi əsərlərin bədii tərtibatında, xüsusən 2000-ci illərdə rəssam və heykəltəraşların əsərlərindən yaradıcılıqla istifadə edilib, kitablar bədii element və fotolarla zənginləşdirilib. Lakin istənilən halda tərtibat baxımından üstünlük bədii kitablardadır. Çünki onların bir çoxunda, xüsusən köhnələrdə maraqlı illüstrasiyalar, yaxud bədii başlıqlar, rəmzlər var, elmi məzmunlu kitablardan isə bunlara, bir qayda olaraq, təsadüf edilmir.

Nəsimi poeziyasının kitab qrafikasında təcəssümü, onun kitablarının bədii tərtibatı Nizami, Füzuli, Vaqif, Əliağa Vahid və başqa lirik şairlərin əsərlərinin nəşrinin tərtibatı ilə oxşar cizgilərə malikdir. Bu kitabların bədii tərtibatını İsmayıl Axundov, Əmir Hacıyev, Altay Hacıyev, Kazım Kazımzadə, Validə Sarıcalinskaya, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Oqtay Sadıqzadə və başqaları yerinə yetiriblər. İncə, lirik ovqat, şərq poeziyasına xas bədii-fəlsəfi məzmun və onun özünəməxsus təzahürü bu tərtibatların ideya əsasını təşkil edir. Rəssamlarımız müxtəlif detal və ayrıntılar kimi yığcam, lakonik başlıqlardan, təsvirlərdən, rəmzlərdən istifadə ediblər. Məsələn, Altay Hacıyev Nəsimi lirikası üçün ay və ulduzlar, süzən ceyran, rəhil təsvirlərindən istifadə edib. Oxşar fikri Mikayıl Abdullayevin kitab tərtibatı barədə də demək olar. Rəssam, Füzulinin “Leyli və Məcnun” poemasının bədii tərtibatı üçün ay və ulduz, rəhil, eləcə də şam və pərvanə, şərab dolu badə, yerə aşmış piyalədən şərabın tökülməsi və başqa təsvirlərdən yaradıcılıqla istifadə edib, incə qrafik vasitələrlə dərin məzmunlu lirik-poetik ovqat yaradıb.

Nəsimi nəşrlərinin bədii tərtibatında iştirak etmiş rəssamlardan biri Xalq rəssamı Altay Hacıyev olub. Rəssam ta gənclik illərindən kitab qrafikası sahəsində uğurla fəaliyyət göstərib. Kitab qrafikasına və illüstrasiya sənətinə həvəs ona atası - Əməkdar incəsənət xadimi Əmir Hacıyevdən keçmişdi. Əmir Hacıyev 30-60-cı illərdə Azərbaycan yazıçılarının əsərlərinə çox maraqlı, lakonik, bəzən təbəssümlü, yaddaqalan illüstrasiyalar çəkmişdi.

Nəsiminin Mirzağa Quluzadənin tərtib etdiyi, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı tərəfindən 1962-ci ildə buraxılmış kitabının rəssamı Altay Hacıyev olub. O zaman gənc Altay Hacıyev böyük sənət yollarında püxtələşmə dövrünü yaşayırdı.

Kitabın ilk səhifəsində rəssam şairin öz obrazını yaradıb. Bu, çox maraqlı bir təsvirdir. Məlum olduğu kimi, Nəsiminin bugünkü rəsmi təsviri öz başlanğıcını Mikayıl Abdullayevin 1973-cü ildə yaratdığı “Nəsiminin portreti”ndən götürür. Demək olar ki, bütün rəsmi sənədlərdə, ədəbiyyat dərsliklərində bu şəkildən istifadə edilir. Bundan əvvəl isə Sadıq Şərifzadənin 40-cı illərdə yaratdığı Nəsimi portretlərindən istifadə olunurdu. Həm də bu iki surət bir-birindən müəyyən qədər fərqlənirdi. Bunlardan daha öncə - 1941-ci ildə Əzim Əzimzadə də Nəsimi surətini yaratmışdı. Lakin bu, portret yox, Nəsiminin edam səhnəsini əks etdirən tematik rəsm idi. Həm də buradakı Nəsimi surəti şairin, hətta düşünülmüş, ümumiləşdirilmiş zahiri obrazına bənzəmir. Adətən düşünülmə simalar mənsub olduğu etnosun, həmçinin öz xarakterinin, amalının, məşğuliyyətinin, daxil olduğu sosial zümrənin, dini təriqətin əsas cizgilərini əks etdirir. Məhz buna görə Dədə Qorqud müdrik, Nizami hikmətli, Babək enlikürək, qüvvətli, Koroğlu uzunbığlı, qılınclı, qartal gözlü təsəvvür olunur. Bütün bunlara rəğmən Əzim Əzimzadənin Nəsimisi uzun saqqallı, qoca, zahirən azərbaycanlıdan daha çox Avropa, yaxud rus ruhanisinə bənzəyən halsız bir kişidir. Onunla müqayisədə Sadıq Şərifzadə və Mikayıl Abdullayevin yaratdığı Nəsimi surətləri bir-birinə daha yaxındır.

Altay Hacıyev Nəsimi əsərlərinin 1962-ci il nəşrində şairin surətinin maraqlı variantını təqdim edib. Görünüşünə, oturuşuna, başın, əllərin vəziyyətinə görə bu təsvir Nəsimi obrazına, ümumiyyətlə, şair obrazına uyğundur. Lakin burada Nəsimi xeyli qoca - təxminən 60 yaşında təsvir olunub. Şübhəsiz ki, bu, Nəsiminin ən qoca variantlarından biridir və məlum olduğu kimi, şair bu yaşa gəlib çata bilməyib. Rəsm ağ kağız üzərində qara tuşla işlənib. Ümumiyyətlə, kitabın əksər bədii başlıqları bu rənglərlə işlənib, bəzi yerlərdə açıq boz-göy əlavədən istifadə olunub. İllüstrasiya və başlıqlar lakonik kompozisiya və rəng həlli ilə seçilir.

Obrazın geyim həlli də diqqətəlayiqdir. Altay Hacıyevin çəkdiyi qrafik rəsmdə şairin əynində onun bədənini başdan-başa örtən iri, qara əba var. Əbanın altından ağ köynək görünür. Əslində bu, heç köynək də olmayıb sadə, qrafik ümumiləşdirmədir. Nəsiminin başında ətrafı sarıqlı papaq, ayağında isə yanları açıq çust - nəleyin var. Onun belinə qurşaq doladığını da güman etmək olar, lakin yerdə bardaş quraraq oturmuş şair sol dizini qaldırdığından qurşaq görünmür.

Altay Hacıyevin təsvir etdiyi geyim nümunəsi ilə Sadıq Şərifzadənin və sonralar Mikayıl Abdullayevin əks etdirdikləri geyim həlli arasında müəyyən əlaqə, ardıcıl rabitə mövcuddur. Xüsusən baş geyiminin həlli demək olar ki, hər üç rəssamda eynidir. Yalnız Altay Hacıyevin çəkdiyi rəsmdə əba bir qədər enli, gen-boldur. Bu rəsmdə diqqəti cəlb edən əsas geyim aksessuarı çəkmədir. Çünki heç bir rəssam Nəsiminin çəkməsini təsvir etməyib, şairin bədəninin ayaq hissəsi heç bir rəsmdə yoxdur. Bu mənada Altay Hacıyevin illüstrasiya qismində işlədiyi rəsm istisna hal kimi dəyərləndirilə bilər. Rəsmdə, həmçinin müəyyən sxematik detallar - şairin qarşısında, yerdə rəhil, onun barmaqları arasında qələm və s. nəzərə çarpır. Bu lakonik qrafik rəsmin arxa hissəsində boz-göy rəngli düzbucaqlı pəncərəni və oradan görünən səmanı təcəssüm etdirir. Səmada sxematik, eyni zamanda, şairanə görünüşlü ay (aypara) və ulduzlar nəzərə çarpır.

Maraqlıdır ki, Nəsimi lirikasını canlandıran rəssam ayrı-ayrılıqda iki maraqlı qız surəti də işləyib. Bu surətlər kitabın müxtəlif hissələrində, başlıq kimi verilmiş kompozisiyalarda yer alır. Uzun saçlı, qara gözlü, qara qaşlı bu qızlar xarakterik Azərbaycan gözəllərini təcəssüm etdirir. Nəsimi lirikasının ümumi ahənginə müvafiq olaraq hər iki qız lirik tərzdə əks olunub. Belə ki, onlardan biri qəmzəli tərzdə barmaqlarını yanağına dayaq verib, digəri isə əlində tutduğu kiçik güzgüyə baxır. Güzgüdə bu örpəkli, teli yanağında burulmuş qızın qaş-gözü görünür.

Kitab qrafikasında Nəsimi irsini təcəssüm edənlər arasında Oqtay Sadıqzadə, B.Xanəliyev və başqaları da olub. B.Xanəliyev Nəsiminin 1973-cü ildə nəşr edilmiş “Rübailər” kitabının bədii tərtibatçısıdır. Maraqlıdır ki, kitabın ikinci səhifəsində Mikayıl Abdullayevin həmin il yaratdığı Nəsimi portreti yer alır. Lakin kitabın ümumi bədii tərtibatı B.Xanliyevə məxsusdur. Bu tərtibata kitabın titul vərəqi, üz qabığı və içərisindəki rəmzi xarakterli başlıqlar aiddir. Altay Hacıyevdən fərqli olaraq B.Xanəliyev bədii tərtibatda insan təsvirlərindən istifadə etməyib. Lakin kitabın hər səhifədə əks olunan kiçik ölçülü qrafik başlıqlarda günəş, ay, ulduzlar, quş lələyindən hazırlanmış qələm, burma vərəq, ceyran, bəbir, simurq quşu, şam, pərvanə, xəncər, ox-yay və s. təsvir olunur ki, bu da nəşrin poetik məzmununu bədii təsvir vasitələri ilə daha da qüvvətləndirir. Kitabın içi ağ-qara, titul vərəqi və üz qabığı rəngli işlənib. Titul vərəqinin sarı-qəhvəyi fonunda biri ağ, digəri qara olmaqla iki ceyran, üz qabığında isə bir ceyran təsviri var.

Nəsimi yaradıcılığı Xalq rəssamı Oqtay Sadıqzadənin kitab qrafikasında yüksək bədii peşəkarlıqla işlənib. Rəssam saitin 60-70-ci illərdə nəşr edilmiş bir neçə kitabının bədii tərtibatını verib, onun əsərlərinə ümumiləşdirilmiş illüstrasiyalar çəkib.

Biz yuxarıda bədii ədəbiyyatla yanaşı, elmi ədəbiyyatı əks etdirən kitabların tərtibatı barədə də danışdıq. Qeyd etdik ki, son illərdə Nəsiminin yaradıcılığına, onun dini, siyasi, ictimai baxışlarına, şeir dilinə həsr edilmiş onlarca elmi əsər işıq üzü görüb. Elmi əsər olduqlarına, həmçinin müasir dövrdə çap edildiklərinə görə bu kitablarda illüstrasiyalar yoxdur. Lakin onların əksəriyyəti müəyyən bədii məzmuna malik rəssamlıq-dizayn tərtibatı ilə seçilir. Eləcə də Nəsimiyə həsr edilmiş bədii kitabların tərtibatı diqqətdən kənarda qalmır.

Xalq şairi Qabilin “Nəsimi” poeması bu qəbildəndir. Göründüyü kimi, bu kitab elmi deyil, ədəbi əsərdir, eyni zamanda Nəsiminin öz əsəri yox, ona həsr olunmuş poemadır. Lakin istənilən halda kitab maraq doğuran bədii tərtibat həllinə malikdir. Belə ki, kitabın üz qabığında tanınmış Azərbaycan rəssamı Nəcəfqulu İsmayılovun “Nəsiminin edamı” əsəri verilib, üz qabığındakı sözlər - kitabın (poemanın) və müəllifin adı həmin şəklin fonunda verilib. Tərtibatın kompüter icraçısı Həyat Mahmudova üz qabığını daha rəngarəng etmək məqsədilə “Qabil” sözünü qırmızı, “Nəsimi” sözünü isə sarı şriftlə yığıb. “Qabil” sözü əsərdəki səma fonunda olduğundan aydın görünür. “Nəsimi” sözü isə əsərin ortasına, onun tünd rənglərlə işlənmiş hissəsinə düşüb. Əgər o da qırmızı olsa idi, o qədər də yaxşı oxunmazdı. Tərtibatçı Nəsimi sözünü sarı rəngdə verməklə həm sözü fondan ayırıb, onun yaxşı nəzərə çarpmasına nail olub, həm də rəng müxtəlifliyi yaradıb. Qüdsiyyə Qəmbərovanın “Nəsimi şeirində sözün hikmətləri”, Varşavada nəşr edilmiş Nəsimi rübailəri, Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” (Bakı, 2010), Nəsiminin “Şərq divanı” (tərtib edəni Qəzənfər Paşayev, dizayner Kamran Məcidov; Bakı, 2018) və bəzi başqa kitabların üz qabığının bədii tərtibatında Mikayıl Abdullayevin 1973-cü ildə çəkdiyi Nəsiminin portreti əsas götürülüb. Tərtibat xüsusiyyətlərindən, formatdan asılı olaraq bəzi kitablarda portret tam, bəzilərində isə (əksər hallarda) yalnız Nəsiminin üzü verilib.

Bəzi elmi nəşrlərin bədii tərtibatında hürufi ideologiyasının vizual kompozisiyalarından istifadə olunur. Məsələn, professor Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabının üz qabığında ərəb hərflərindən yığılmış kişi siması əks olunub. Nəhayət, elə kitablar var ki, burada bədii tərtibatda şəkillər olmur, kompozisiya rəng və şriftlə tamamlanır. Bunlardan Firudin Qurbansoyun “İmadəddin Nəsimi” (Bakı, 2019; tərtibatçı Rəvanə İlhamqızı), Türkan Əsgərovanın “Nəsimi dilinin frazeologiyası” (Bakı, 2015; dizayner Zahid Məmmədov) və başqalarını göstərmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr