“New Media Hub” platforması çərçivəsində təlimlər davam edir
Bakı, 28 iyun, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, növbəti təlim “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, jurnalist Məhəmməd Türkmən tərəfindən keçirilib.
Təlim zamanı Məhəmməd Türkmən "Vizual dərslər - Jurnalistin iş prinsipi, peşə kodeksi, qanunlar" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.
Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.
Qeyd edək ki, "New Media Hub" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilir.