Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Niderland portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına və bu torpaqlarda yeni layihələrə start verib

Haaqa, 12 fevral, AZƏRTAC

Niderlandın “EW magazine” portalında Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundovun məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunub.

Bildirilib ki, son dövrlərdə Avropanın Cənubi Qafqaz regionuna marağı artmaqdadır. Bu, ilk növbədə, Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ilə nəqliyyat, enerji və təhlükəsizlik layihələrində uğurlu iştirakı ilə bağlıdır. Cənubi Qafqaz ölkələrinin Avropa ilə tam və hərtərəfli əməkdaşlığına mane olan ermənilərin 30 illik işğal siyasəti 2020-ci ilin sonunda başa çatdı, Azərbaycan tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu azad etdi. İndi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün üçün öz doğma evlərinə qayıtmaq imkanı yaranıb.

Müəllif məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 853, 874 və 884) əsasən öz ərazisi olan Qarabağın erməni işğalından azad edilməsinin, suveren sərhədlərinin bərpa olunmasının, eləcə də bölgədə sülhün bərqərar olmasının Avropanın bir sıra ölkələrinin parlamentləri tərəfindən qəzəb və dərin narahatçılıqla qarşılanmasına təəssüfünü bildirib. Qeyd edilib ki, bunların arasında Fransa və Benilüks ölkələri, xüsusilə də Niderland fəallığı ilə seçilib. Erməni lobbisinin təsiri altına düşmüş Niderlandın populist partiyalarının bəzi deputatları 2021-ci ilin mart ayında ölkədə keçiriləcək parlament seçkilərində erməni seçicilərin səsini qazanmaq məqsədilə Azərbaycan əleyhinə misli görünməyən 11 qətnamə qəbul ediblər. Bəzi deputatlar hətta Azərbaycana qarşı irqçilik, milliyyətçilik, şovinist hisslərini sosial şəbəkələrdə yayıb, ölkənin erməni lobbisi ilə əlaqələrinin olduğunu gizlətməyiblər. Paralel olaraq, Benilüks ölkələrinin erməni diasporu Niderlanddakı fikir azadlığı kimi dəyərlərdən öz maraqları üçün sui-istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Niderland parlamentinin bu qətnamələrin heç birində münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisinin Ermənistan tərəfindən dəfələrlə “Smerç” tipli raketlərlə hücumlara məruz qalması qınanılmayıb, azərbaycanlı mülki əhalinin hədəfə alınması, məhv edilmiş tarixi, mədəni, dini abidələrlə bağlı susmuş və bununla da parlamentin ədalətli olmadığını bir daha təsdiqləyib. Təəssüf ki, xaricdə yaşayan erməni icması öz vətəninin təbliğatından daha çox Azərbaycanın əleyhinə fəaliyyət aparır və bu lobbinin təsiri altına düşmüş bəzi Avropa, o cümlədən Niderland siyasətçiləri bu məsələdə onlara yaxından yardım edirlər. Bu da öz növbəsində Cənubi Qafqazda sülhün yaradılmasına mane olmağa və artıq keçmişdə qalmış Qarabağ münaqişəsini yenidən alovlandırmağa cəhdə xidmət edir.

Bütün bu maneələrə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına və bu torpaqlarda yeni layihələrə start verib. Avropa və dünya üçün hazırda aktual olan yaşıl enerji, ekologiya, müasir infrastruktur layihələri, ekoturizm və bioqida kimi layihələrə üstünlük verilib. SSRİ-nin süqutundan sonra Azərbaycan-Ermənistan sərhədinin ilk dəfə açılması, Ermənistanın da regional layihələrdən faydalanması, insanlar arasında etimadın yaradılması üçün tarixi şans yaranıb. Lakin Ermənistandakı milliyyətçi və revanşist qüvvələr buna imkan vermək istəmir. Müstəqil siyasət apara bilməyən Ermənistan uzun müddətdir iqtisadi, sosial böhran içindədir. Milli dözümsüzlük nəticəsində monoetnik ölkəyə çevrilmiş Ermənistanda iş yerləri bağlanıb, demoqrafik vəziyyət kəskinləşib. Təəccüblü deyil ki, İsrail Dövlətinin Diaspor Məsələləri üzrə Nazirliyinin dünyada 2020-ci il üzrə antisemitizm sahəsində vəziyyətə dair hesabatında Ermənistanda belə meyillərin son dövrdə olduqca artdığı, yəhudilərə qarşı etnik-dini zəmində hücumların kəskinləşdiyi qeyd edilib.

Vurğulanıb ki, belə hallar regionda sülhün və sabitliyin bərqərar olmasına təhlükə yaradır. Keçən ilin noyabrından bu günə qədər Ermənistanda davam edən siyasi terror, parlament sədrinin ölümcül döyülməsi, parlament binasının zəbt edilməsi, Azərbaycanla sülhə getmək istəyən siyasətçilərin, deputatların hədələnməsi quruculuq layihələrinin həyata keçirilməsinə mane olur. Siyasi böhranla yanaşı, iqtisadi, demoqrafik, sosial və maliyyə sahələrində gərginlik içində yaşayan erməni xalqı Rusiya və Türkiyənin işçi bazarlarına üz tutub. Erməni xalqını bu vəziyyətə salan siyasi elitanın ailə üzvləri və xüsusən baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyan erməni qadınlarını Azərbaycanla müharibə etməyə çağırır, sonra isə özü iki qızı ilə birgə Moskvanın bahalı restoranlarında gecə həyatı sürür, Moskva şəhərində özünə bahalı mənzil axtarır. Xalqın ağır vəziyyətdə olmasına baxmayaraq, Ermənistanın birinci xanımı ad gününü Los-Ancelesdə qeyd edib və bu da sadə ermənilərin haqlı qəzəbinə səbəb olub. Moskva və Los-Anceles hava limanlarında ona qarşı yerli ermənilər tərəfindən piketlər keçirilir. Bu kimi addımlarla öz xalqını yoxsul vəziyyətə salan Ermənistan hökuməti, ilk növbədə, həmsərhəd olduğu 4 ölkədən 3-nə qarşı ərazi iddialarından əl çəkməli və müharibə partiyasının “qədim əsrlərdə üç dəniz arasında yerləşmiş böyük Ermənistan” xəyalından əl çəkməlidir.

BMT institutlarının hesablamasına əsasən, keçmiş SSRİ-nin ən monomilli respublikası olan hazırkı Ermənistanda əhalinin sayı kəskin azalır. Əhalisi 2,7 milyon olan Ermənistanın xaricində 8 milyon erməni yaşayır, lakin onlar öz vətəninə qayıtmaq istəmirlər.

Bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan həmişə mehriban qonşuluq prinsipinə riayət edib, bu ölkələrdə kilsə və məscidlərə eyni qayğı göstərilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqazda, eləcə də İslam dünyasında ən böyük - 30 minlik yəhudi icmasının vətənidir. Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, katolik və pravoslav kilsələri, alman, gürcü və erməni kilsəsi də dövlət tərəfindən qorunur. İki dəfə Azərbaycanı ziyarət edən Roma Papası bu ölkənin tolerantlıq nümunəsi olduğunu bəyan edib.

Ermənilərin Cənubi Qafqaza və xüsusən də Azərbaycana, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə vaxtilə İran və Türkiyədən köçürülməsinə baxmayaraq, Azərbaycan xalqı ermənilərə öz tolerantlığını nümayiş etdirib. Rusiya imperiyası dağıldıqdan sonra - 1918-ci ildə cümhuriyyət dövründə Azərbaycan şəhəri olan İrəvan Ermənistana verilib. Bu barədə tarixi sənədlər mövcuddur.

Vurğulanıb ki, 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri səviyyəsində imzalanmış üçtərəfli Bəyanatdan sonra humanitar məsələlər həyata keçirilməyə başlanıb. Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq, 59 nəfər müharibə əsirini Ermənistana təhvil verib. Ancaq Ermənistan tərəfi sülhə zidd addımlar atmaqda davam edir. Müharibə bitəndən sonra - 2020-ci il noyabrın 26-da 62 nəfərdən ibarət terror-təxribat qrupu Ermənistandan Azərbaycan ərazisinə daxil olub və terror əməliyyatı həyata keçirməyə cəhd ediblər. Bu terror qrupu Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusunu qətlə yetirib, 2 hərbi qulluqçunu və 1 mülki şəxsi yaralayıb. Sözügedən təxribat qrupu Azərbaycan tərəfindən saxlanılıb və onlar barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi başlanıb. Ərazilərimizdə terror törətmək məqsədilə göndərilən bu təxribat qrupunu Ermənistan hərbi əsirlər kimi qələmə verməyə cəhd edir. Beynəlxalq hüquq isə belə cəhdlərin tamamilə əsassız olduğunu göstərir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO