Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nigar Vahabzadə: Birinci rübdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

Nigar Vahabzadə: Birinci rübdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

Bakı, 5 aprel, AZƏRTAC

Vergilər Nazirliyinin iqtisadi təhlil departamentinin sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə cari ildən sosial sığorta haqları ilə bağlı yığımların nazirlik tərəfindən həyata keçirilməsinin məqsədi və yığımlara nəzarət funksiyası barədə AZƏRTAC-a müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Nigar xanım artıq bu ildən başlayaraq sosial sığorta haqları ilə bağlı yığımlar Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Yığımlara nəzarət funksiyasının nazirlik tərəfindən aparılması bu sahə üçün nəyi dəyişib?

-Cari ildən etibarən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinə həvalə edilib. Məqsəd sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsidir. Artıq vergiödəyicisinə nəzarət bir orqan tərəfindən həyata keçirilir.

Cari ilin ilk rübündə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı artım bu sahədə aparılan dəyişikliklərin müsbət nümunəsidir. Dəyişiklik Vergilər Nazirliyinin fəaliyyətinin əsas hədəflərindən biri olan kölgə iqtisadiyyatının azaldılması məqsədinə xidmət göstərəcək. Həmçinin Qanunla təsbit edilən dəyişikliklərə əsasən, sosial sığorta ödənişlərindəki məbləğ dəyişməsə də, ödəyicilər arasında faiz nisbəti yeni bölgüdə müəyyənləşib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı bu il yanvarın 1-dən 7 il müddətində 200 manatadək olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 faiz, sığortaedənin vəsaitindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 faizi üzrə tutulur. Məsələn, əmək müqaviləsi ilə işləyən vətəndaş 650 manat əməkhaqqı alırsa, o, gəlir vergisi ödəmir. Vətəndaşın məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirləri olmadığı halda, 650 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta haqqı əmək haqqından tutularaq ödənilir. Bu zaman müəssisə tərəfindən 22 faiz sosial sığorta haqqı ödəyir. Əməkhaqqının qalan 450 manatı üçün vətəndaşın əmək haqqından tutularaq 10 faiz, müəssisə isə 15 faiz sosial sığorta haqqı ödəyir. Eyni zamanda, 650 manatın 0,5 faizi vətəndaşın əmək haqqından tutularaq işsizlikdən sığorta haqqı müəssisə tərəfindən ödənilir. Bu zaman müəssisə 650 manatın 0,5 faizi miqdarında işsizlikdən sığorta haqqı ödəyir.

- Cari ildən etibarən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçotunun aparılması vergi siyasətində bir yenilikdir. Bu barədə məlumat verərdiniz.

- Doğru qeyd edirsiniz ki, bu ildən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınması Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər Vergilər Nazirliyində qeydiyyata alındıqdan, yəni VÖEN verildikdən sonra, həmin məlumatlara əsasən sığortaedənlərə avtomatik sığortaedənin uçot nömrəsi (SUN) verilir.

Torpaq mülkiyyətçisi sığortaedən kimi qeydiyyata alınmaq məqsədilə müraciət edən zaman fiziki şəxsin uçota alınma meyarını “Torpaq mülkiyyətçisi” kimi qeyd etməlidir. Qeydiyyat zamanı torpaq mülkiyyətçisinin və onun ailə üzvlərinin, o cümlədən torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd haqqında məlumatlarını tam və dəqiq doldurmalıdır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etməlidir.

- Artıq cari ilin birinci rübü yekunlaşıb. Sosial sığorta hesabatlarının yeni formaları istifadəyə verilib. Bilmək istərdik ki, hesabat formalarında nələr dəyişib?

- Vergilər Nazirliyi tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları, onların tərtib edilməsi qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub.

Hesabat təqdim edilən zaman vergiödəyicisinin bir sıra məlumatları hesabatda əks etdirməsi vacibdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən hər bir sığortaolunanın muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə yeni bölgüdə tutulmalar göstərilməlidir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajı bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddətə görə hesablandığı üçün “İşsizlik sığortası üzrə rüblük hesabat”ın formasına rüb ərzində əməkhaqqı və gəlir hesablanmış, eləcə də hesabına işsizlikdən sığortahaqqı ödənilmiş sığortaolunanlar (işçilər) barədə məlumatlar əlavə edilməlidir.

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı və “İşsizlik sığortası üzrə rüblük hesabat"ı həm kağız, həm də elektron qaydada təqdim etmək mümkündür. Hesabatlarla bağlı məlumat əldə etmək üçün vergiödəyiciləri nazirliyin xidmət mərkəzlərinə və 195 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

-Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı vaxtında təqdim etməyən sahibkarları hansı cərimələr gözləyir?

-Cari ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu və bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya sair səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu ki, nəticədə sahibkara zərər dəyirdi.

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergiödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

-2018-ci ilin sonuncu rübünün nəticələri üzrə hesabatlar təqdim edilərkən şəxsi hesab vərəqələrində qeydlərin aparılması ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Hazırda bu istiqamətdə işlər nə yerdədir?

- Vergiödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri aparılmaqdadır. Vergiödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ötən ilin dördüncü rübünün hesabatları da Vergilər Nazirliyinə təqdim edilib. Lakin, həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergiödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergiödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks olunur.

- Gələcəkdə hesabatların daha da təkmilləşdirilməsi və ya hansısa yeniliklər gözlənilirmi?

- Hazırda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə Vergilər Nazirliyi tərəfindən hesabat formalarının daha da optimallaşdırılması və gələcəkdə daha da təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Yaxın gələcəkdə hesabatların modifikasiya olunaraq vahid formada verilməsi və daha da sadələşdirilməsi istiqamətində işlər aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir