Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİGER RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAMADU TANCAYA

Hörmətli cənab Prezident,

Niger Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimizin dostluğunu möhkəmləndirmək sahəsində atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niger xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin