DÜNYA
Nigerdə hava hücumu nəticəsində 7 azyaşlı ölüb, 5 nəfər yaralanıb
Bakı, 21 fevral, AZƏRTAC
Nigeriya hərbi hava qüvvələrinin Nigerdə həyata keçirdiyi hücum nəticəsində 7 azyaşlı ölüb, 5 nəfər yaralanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Nigerin Maradi bölgəsinin qubernatoru Chaibou Abubakar hava hücumu nəticəsində 4 nəfərin hadisə yerində, digər 3 nəfərin isə xəstəxanada öldüyünü bildirib. O, təyyarələrin iki ölkə sərhədində yerləşən ərazilərdəki silahlı dəstələri hədəfə aldığına inandığını, lakin hədəfə çata bilməyərək Nachade kəndini vurduğunu söyləyib.
Nigeriya rəsmiləri faktla bağlı araşdırma aparıldığını qeyd ediblər.
Qeyd edək ki, Niger və Nigeriya bölgədə silahlı dəstələrə qarşı birgə hərbi əməliyyatlar aparır. 2018-ci ildən bəri Niger silahlı dəstələrinin müdaxiləsinin qarşısını almaq üçün Nigeriya ilə sərhəddə hərbi qoşunları gücləndirib.