Nigerdə vəziyyət stabilləşib
Bakı, 30 avqust, AZƏRTAC
Nigerin paytaxtı Niamey şəhərində vəziyyət normallaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Niger Press Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərdəki beynəlxalq hava limanı normal rejimdə fəaliyyət göstərir. Hava limanına gedən yolda nəqliyyatın hərəkəti də normallaşıb, mağazalar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqələri yenidən açılıb. Hava limanının yaxınlığında gücləndirilmiş təhlükəsizlik tədbirləri, o cümlədən patrul xidməti davam edir.
Bu arada, AFP mənbələrə istinadla xəbər verib ki, prezident qvardiyası üsyançılardan əsas hərbi bazanı geri alıb.
Qeyd edək ki, Nigerin müdafiə naziri Salifou Modinin sözlərinə görə,
bir qrup əsgər Niameydəki 101 nömrəli bazadakı kazarmada yoldaşlarını girov götürməyə çalışıb və paytaxtdakı bir neçə strateji əhəmiyyətli əraziyə atəş açıb. Lakin təhlükəsizlik qüvvələrinin sürətli reaksiyası onlara üsyanın qarşısını almağa və obyektlərə nəzarəti bərpa etməyə imkan verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:33]
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
- 06.11.2026 [23:06]
Tramp Ağ Evin aparat rəhbərini dəyişir
- 06.11.2026 [22:32]
Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]