Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLUSEQUN OBASANCOYA

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin