NİGERİYADA DƏHŞƏTLİ QIRĞIN
Faciə Nigeriyanın paytaxtı Abucanın yaxınlığındakı Yola şəhərində baş vermişdir. Xristian Tarok tayfasından olan yaraqlılar islama etiqad edən Hausa tayfasının yaşayış məskənlərinə soxularaq əsl qırğın törətmiş, Kalaşnikov avtomatları ilə 630 nəfəri qətlə yetirmişlər.
Sağ qalanların dediyinə görə, əslində, qəsəbənin bütün sakinlərini qırıb-çatmaq məqsədi güdən yaraqlılar xüsusi qəddarlıq nümayiş etdirmişlər.
Nigeriyada, təqribən bərabər sayda xristianlığa və islama etiqad edən 200-dən artıq tayfa yaşayır. Hər iki dinin tərəfdarları bir-birinə nifrət bəsləyir. Təkcə son beş il ərzində orada 10 min adam həlak olmuşdur.
1960-cı ildə ölkədə yaşayan xristianlar özlərinin “Biafra Respublikası”nı yaratmağa cəhd göstərsələr də, ölkəni, faktiki olaraq, idarə edən müsəlmanlar uzun sürən vətəndaş müharibəsi nəticəsində üsyanı yatıra bilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]