Nigeriyada terrorçular 30 nəfəri girov götürüb
Bakı, 9 yanvar, AZƏRTAC
Nigeriyada Kaduna-Abuja avtomobil yolu ilə hərəkət edən silahlı şəxslər 30 nəfəri girov götürüb.
AZƏRTAC xəbər verir ki, “Daily Trust” qəzeti bu barədə yerli hakimiyyət orqanlarına və şahidlərə istinadla məlumat yayıb. Senator Şehu Saninin sözlərinə görə, silahlılar yolu bağlayıb, insanları maşınlarından düşürərək naməlum istiqamətə aparıblar.
Bu, son aylar baş verən ilk belə hadisədir. 2023-cü il martın 1-də həmin rayonda 23 turist qaçırılmışdı.
Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında silahlı qruplaşmalar xeyli fəallaşıb. Onlar yaşayış məntəqələrinə hücumlar təşkil edir, mağazaları talayır və insanları girov götürürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]