CƏMİYYƏT
Nigeriyalı gənc: Şuşanın gözəlliyinə heyran olduq
Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC
Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Şuşaya səfər etdik. Şuşanın gözəlliyinə heyran olduq. Buraya gələnlərin doğma yurda dönmələrinin sevincini üzlərindən oxumaq mümkündür.
Bunu AZƏRTAC-a müsahibəsində Nigeriya Milli Gənclər Şurasının əməkdaşı Muhammad Bello Bala-Şaqari deyib.
Yolboyu, o cümlədən Şuşada erməni vandallığının şahidi olduqlarını nigeriyalı gənc qeyd edib: “Burada münaqişə dövründə və müharibə zamanı dağıntılar baş verib. Lakin Azərbaycan xalqı güclü olduğunu bir daha sübut edib. Belə ki, azad edilmiş ərazilərdə vaxt itirmədən yenidənqurma işlərinə başlanılıb. İnanıram ki, bundan sonra Şuşanın tarixi abidələri, təbiəti davamlı olaraq qorunacaq".