NİKAH ÖMRÜ UZADIR
Kaliforniya alimləri 67 min amerikalı haqqında məlumatları, o cümlədən 1989-1997-ci illərdə əhalinin siyahıya alınmasına dair materialları və ölüm haqqında şəhadətnamələri təhlil etmişlər. Tədqiqatın nəticələri göstərmişdir ki, həmin dövr ərzində nikahda olanlara nisbətən boşanmışların ölüm ehtimalı 27 faiz çoxdur. Dullar arasında bu göstərici daha yüksək – 39 faizdir. Heç vaxt nikah bağlamayanlar üçünsə bu statistika çox pərişanedicidir – 58 faiz.
Tədqiqatın müəlliflərindən biri, Kaliforniya Universitetinin professoru Riçard Kronik bildirmişdir: “Belə demək olar ki, ailə həyatı ömrü uzadır”. Onun fikrincə, nikahda ömrü uzudan bir sıra amillər var – gərəkli olmaq, sevimli olmaq və stressə az məruz qalmaq. Bütün bunlar ömrün uzanmasına müsbət təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]