Nikaraqua UNESCO-dan çıxdığını bəyan edib
Bakı, 5 may, AZƏRTAC
Nikaraqua ölkənin müxalif qəzeti olan “La Prensa”ya mükafat verilməsinə görə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxdığını elan edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Nikaraqua hökuməti UNESCO-nun bu qərarını pisləyərək, onun “müstəmləkəçiliyin və imperializmin satqınlarına, kölələrinə və qullarına” üstünlük verdiyini, həmçinin təşkilatın “hər hansı obyektivlik hissindən tamamilə imtina etdiyini” bildirib.
UNESCO-nun Baş direktoru Odri Azule Nikaraqua hökumətinin qərarından təəssüfləndiyini bildirib. O əlavə edib ki, bu addım Nikaraqua xalqını xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın faydalarından məhrum edəcək. Baş direktor deyib ki, təşkilat söz və mətbuat azadlığını müdafiə etmək üzrə mandatını tam şəkildə yerinə yetirir.
Dörd il əvvəl “La Prensa”nın rəhbərliyi həbs olunub və Nikaraquadan qovulub. O vaxtdan bəri nəşr Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-da yerləşən komandaları ilə onlayn rejimdə fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]