Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nikol Paşinyanın BMT-də söylədiyi yalanlar: kölə təfəkkürü və infantil siyasi məntiqsizlik

Nikol Paşinyanın BMT-də söylədiyi yalanlar: kölə təfəkkürü və infantil siyasi məntiqsizlik

BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edənlər arasında Ermənistanın baş naziri Nikol Paşinyan da olub. Onun çıxışı məzmunca çox zəif və əslində, zərrə qədər də əhəmiyyəti olmayan bir mətndən ibarətdir. Lakin N.Paşinyan BMT tribunasından elə yalanlar danışıb, dünyanı o səviyyədə aldatmağa çalışıb ki, onların psixoloji aspekti maraqlı gəlir. Analiz göstərir ki, N.Paşinyanın dəfələrlə eyni rakursdan çıxış etməsi, onun mənəvi, siyasi və psixoloji olaraq anormallığının ifadəsidir. Əslində, absurd olan, lakin özü üçün həqiqət kimi görünən fikirləri təkrar-təkrar insanlara deməkdən usanmayan erməni baş nazir, BMT-dəki çıxışı ilə məntiqi cəhətdən də çox zəif olduğunu nümayiş etdirdi. Onun söylədiyi fikirlərin üzərində yuxarıdakı məqamlar kontekstində bir qədər geniş dayanmağı lazım bilirik.

Yalançının qısa yaddaşı: Paşinyanın özü-özünü təkzibi

Yalançının yalanları üçün xüsusi məkana ehtiyacı yoxdur - hara gəldi ağzını açacaq. Çünki onun başqa formada özünütəsdiq imkanı yoxdur. Yalandan yoğurulan mənəviyyat, yalanla qidalanan şüur həmişə özünə xəyali “ayaqlar” axtarır. Nikol Paşinyanın BMT-nin Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışını dinləyəndə onun manevrlərindən və sifətindəki ifadələrdən bunları oxumaq olardı. Ermənistanın baş naziri dünyanı aldatdığını dəqiq bilirdi və psixoloji sıxıntının təsiri altında inamsız, bir sıra fraqmentlərdə isə tamamilə məntiqsiz danışırdı. Onu gizlətməyə çalışsa da, əlahəzrət haqq-ədalət imkan vermirdi - N.Paşinyan nitqinin iflas fəlakətini açıqca dünya qarşısında yaşadı. Onun daxili gərginliyinin səbəbi bununla bağlı idi.

Zarafat deyil, erməni hökumətinin başçısı “məxməri inqilablar fədaisi” BMT-də ümumi siyasi debatlarda bütün insanların bildiyi həqiqətləri elə yalan formasında onlara təzədən çatdırmalı idi ki, insanlar öz ağılları və gözlərindən şübhə etsinlər. Adam bildiyinə və gördüyünə deyil, bir erməni sərsərinin sözlərinə inansın. Məsələn, N.Paşinyan BMT-nin yüksək tribunasından deyir ki, Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi məsələsi deyil, insan haqlarının qorunması məsələsidir. Bu mənzərəni dəqiq bir sözlə təsvir etmək olar: "dığa məntiqidir"!

Çünki bütün dünyanın gözü görür ki, Dağlıq Qarabağda hazırda Ermənistan silahlı dəstələri yerləşib və oradakı azərbaycanlıların bir nəfərini belə öz yurdlarına buraxmırlar. İki nəfər azərbaycanlı öz keçmişlərinin qəbirlərini ziyarətə getmişdi, həbsə atdılar. Hələ bundan əvvəl Ermənistan quldur dəstələrinin xarici havadarlarının birbaşa və sərhədsiz dəstəyi ilə necə Dağlıq Qarabağda peyda olduğunu demirik. Onların “insan haqları”nı müdafiəsinin şah əsəri Xocalı soyqırımıdır. Bu soyqırımı hadisəsini eks-prezident Levon Ter-Petrosyan özünəməxsus təşəxxüslə "на войне, как на войне" (Napoleonun məşhur ifadəsidir) kimi izah vermiş, yəni, faktiki olaraq, soyqırımını etiraf etmişdi. Serj Sarkisyan isə daha konkret idi: biz bütün dünyaya sübut etdik ki, dinc insanları da məhv edə bilərik! Yəni dinc azərbaycanlıları kütləvi qətlə yetirmək öncədən planlaşdırılmış, xüsusi psixoloji məqsəd daşıyan dövlət siyasəti olub. Buna beynəlxalq hüquqda soyqırımı deyirlər!

Ancaq N.Paşinyana elə gəlir ki, özü kimi, hamının yaddaşı qısadır. Onun yaddaşı, yalançı olduğuna görə qısadır, lakin hamı yalançı deyil. İnsanlar baş verənlərə dürüst münasibət göstərib həqiqəti deyirlərsə, onların yaddaşı kifayət qədər möhkəmdir. Maraqlıdır ki, BMT-də heç kim N.Paşinyanın yalan danışdığını ona demədi. Ancaq söylədiklərinə laqeyd qalmaqla nümayiş etdirdilər ki, həqiqəti bilirlər.

Bu baxımdan, onun Azərbaycan rəhbərliyini ittiham etmək cəhdləri çox gülünc və yersiz görünürdü. Əslində N.Paşinyan situasiyanı necə təqdim etməyi belə dəqiq müəyyən edə bilmədi. İnsan haqları və xalqların öz müqəddəratını təyinetmə hüququ kimi ümumi ifadələrin bir tərəfi də avtomatik olaraq sual yaradır: bəs orada yaşayan azərbaycanlıların haqları və öz müqəddəratlarını təyin etmək hüququ yoxdur? Məsələnin bu cür qoyuluşu ilə mütləq həmin sual meydana çıxacaq. İstər tarixi saxtalaşdırıb deyəsən ki, lap qədimdən orada əsas olaraq ermənilər yaşayıb, özü də erməni dövlətinin rəiyyəti kimi, istər bütün günahı qondarma erməni dövləti yaradan kommunistlərin üstünə atasan və s., xeyri yoxdur, bütün fikirlərin sonunda sual ediləcək ki, bəs orada yaşayan azərbaycanlıların hüquqları və haqları? Bax, bu sual qarşısında milyonlarla paşinyanlar tarixboyu aciz olub və olacaqlar.

Haqq-ədalətdən qaçış: antiazərbaycan kampaniyasının bədəli

Azərbaycan rəhbərliyi bu regionda ən demokratik, humanist və beynəlxalq hüquqa cavab verən siyasət yeridir. İzahı çox sadədir: illərdir, ermənilər şıltaqlıq edir, işğal etdikləri ərazilərdən çəkilmirlər, lakin Bakı səbir edir, vasitəçiləri hərəkətə keçməyə dəvət edir, münaqişənin sülh yolu ilə həllinə səsləyir. Azərbaycan daim bu mövqedə olub. İndi də N.Paşinyanın BMT tribunasından etdiyi sayıqlamalara təmkinlə cavab verir və ərazi bütövlüyünün təmininə alternativin olmadığını diplomatik dillə dünyaya çatdırır.

N.Paşinyan Türkiyə məsələsində də çox dolaşır və o qədər aciz görünür ki, onun ümumiyyətlə, siyasətçi olduğuna şübhə yaranır. Erməni baş nazir deyir ki, Türkiyə 104 il əvvəl “baş vermiş soyqırımı”nı tanımalıdır, həm də bu gün Xocalıda baş verənləri Ermənistanla münasibətlərinə qatmamalıdır. Ankara Ermənistanla sərhədi qeyd-şərtsiz açmalı, ermənilərə dəstək verməli və Azərbaycanı müdafiə etməməlidir. Sizlər deyin, normal ağlı olan istənilən bir insan bu cür cəfəng fikirlər deyərmi? Türkiyə kimi güclü və böyük dövlət forpost bir dövlətin baş nazirinin yalanlarına uyub həqiqəti inkar edərmi? Bu gün baş verən Xocalı soyqırımını deyil, 104 il əvvəl baş vermiş və on milyonlarla müsəlmanın qətli ilə müşayiət olunan hadisələri erməni soyqırımı kimi tanımalıdır?

Çox ibrətamizdir ki, N.Paşinyan BMT tribunasından tarixin saxtalaşdırıcısı olduğunu və yalnız Azərbaycan və Türkiyə məsələsindən deyil, bütövlükdə geosiyasətdən xəbərsiz olduğunu da təsdiqlədi. Ermənistan hökumətinə rəhbərlik edən şəxs deyir ki, “Rusiya açar (yəni əsas, başlıca - red.) strateji müttəfiqimizdir. Gürcüstan və İran bizim strateji qonşularımızdır. Bizim ABŞ, Avropa İttifaqı və onun üzv dövlətləri ilə strateji gündəmimiz və tərəfdaş münasibətlərimiz var”. Geosiyasi nəzəriyyə baxımından burada bəsit və mənasız, məzmunsuz ifadələrdən başqa bir şey yoxdur. “Strateji müttəfiq” anlayışının bir məzmunu, “strateji tərəfdaş” anlayışının başqa məzmunu vardır. Strateji müttəfiqliyin açarı və ya “qıfılı” olmur, bu termində onun məzmunu yer alıb. Həmin məzmuna verilən istənilən yeni izah, bu izahı verənin süni istəyini ifadə edir. Bu baxımdan N.Paşinyanın siyasi təfəkkürü kölə təfəkkürüdür. O, qorxusundan Rusiyanı “açar strateji müttəfiq” kimi adlandırır, bir zamanlar həyat yolu olan İrana müəmmalı və məzmunsuz “strateji qonşu” deyir. Baxın, sən demə, qonşuluq da fərqli imiş. Belə çıxır ki, hazırda Ermənistanın qonşusu yoxdur, stratejidə İran və Gürcüstan bu statusda ola bilərlər. Bu da qorxudan yaranmış məzmunsuz mövqedir.

N.Paşinyan həm də Amerikadan, İsraildən və Avropadan qorxur ki, İrana nə qonşu deyir, nə də müttəfiq. Gözləyir ki, İranı vurub orada Qərbə uyğun bir hakimiyyət qursunlar, İran da bundan sonra qonşu olacaq. Həmin kontekstdə əhəmiyyətsiz “strateji qonşu” ifadəsinin altında başqa məna yatmır. Gürcüstan da Rusiya, İran və Avropanın badına gedir. Tbilisi də hələ real qonşu deyil, gələcəkdə Cavaxetiyanı Ermənistana versə və Rusiya ilə işləri düzəlsə, qonşu olacaq!

Hamı bilir ki, “qonşu” bütün variantlarda məkan və zamanca yanaşı mövcud olan iki və daha çox varlığı ifadə edir. Dövlət və ölkə üçün isə ancaq coğrafi olaraq həmsərhəd olan, eyni regionda yerləşən ərazi vahidlərini ifadə edir. Burada hansı strategiyadan danışmaq olar? Qonşuluğun strategiyası ayrı məsələdir. Ancaq “strateji qonşu” absurddur! N.Paşinyan desəydi ki, “İran və Gürcüstanla gələcəkdə yanaşı yaşaya bilərik, Azərbaycan və Türkiyə isə məhv olmalıdırlar”, daha anlaşıqlı görünərdi. Bu bağlılıqda əsl sual belədir: nəyə görə, vassal Ermənistan mövcud olmalıdır? Azərbaycan hansı səbəbdən bu kvazidövləti özünə qonşu kimi saxlamalıdır?

Görürsünüzmü, nə qədər narsist, eqoist, reallıqdan tam uzaq sərsəm bir mövqedir? Erməni siyasi şüuru üçün dünyada hər şey onun əsassız iddialarına xidmət etməlidir. Buna uyanlar erməni təsəvvüründə əsl insanlar, qəbul etməyənlər isə “erməni hüququnu” pozanlardır!

N.Paşinyan kimiləri ərsəyə gətirənlər, əslində, böyük dövlətlərdən ermənilərə havadarlıq edənlərdir. Bu hal olmasa idi, Ermənistan nə mövcud olardı, nə də indi kiminsə torpağını işğal edib, oradan çıxmaq istəməzdi. Yalan ayaq tutar, amma yeriməz. Erməni yalanlarının da bir ömrü var. Onun sonu gəlir. Vaxt gələcək, bütün dünya Azərbaycana bəşəriyyəti erməni yalanlarından xilas etdiyinə görə təşəkkür edəcək!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO