DÜNYA
NİNO BURCANADZE GÜRCÜSTANIN DÖVLƏT NAZİRİ İLƏ ACARISTAN RƏHBƏRİ ARASINDAKI DANIŞIQLARI “İRƏLİYƏ DOĞRU ADDIM” ADLANDIRMIŞDIR
AZƏRTAC-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, Gürcüstan prezidentinin vəzifələrini icra edən Nino Burcanadze Batumidə Gürcüstanın dövlət naziri Zurab Jvaniya ilə Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze arasındakı danışıqları “irəliyə doğru addım” adlandırmışdır. O, jurnalistlərlə söhbətində bildirmişdir ki, “bu danışıqlar mərkəzlə region arasında münasibətlərdə konsensusun əsası ola bilər”. Burcanadze “Tbilisi ilə Batumi arasında münasibətlərdə mövcud problemləri həll etmək üçün əlavə məsləhətləşmələr” tələb olunduğunu istisna etməmişdir.
Jvaniya Tbilisidə bəyan etmişdir ki, “Batumidə danışıqlar təkcə yanvarın 4-də keçiriləcək prezident seçkilərində Acarıstanın iştirakı məsələsində deyil, həm də mərkəzlə region arasında gərginliyin aradan qaldırılması yolunda ciddi addım olmuşdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]