İQTİSADİYYAT
NIPEC-in Yaxın və Orta Şərq üzrə Regional mərhələsində Azərbaycanı təmsil edəcək qalib müəyyənləşmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). “Nissan” Satış və Servis Mərkəzində Azərbaycanda ilk dəfə olaraq ehtiyat hissələri menecerlərinin NIPEC (Nissan Parts Executive Contest) yarışı keçirilmişdir.
“Nissan”ın Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, yarışda iştirak edən ehtiyat hissələri menecerləri şirkətin prosedur qaydaları üzrə nəzəri bilik və praktiki bacarıqlarını nümayiş etdirmişlər. Ehtiyat hissəsi sifariş edən müştərini qarşılama, onun ehtiyaclarını aşkarlama, müştəri ilə telefon danışığı mərhələləri üzrə yaradılan situasiyalarda yarışan menecerlər sonda ehtiyat hissələri menecmenti üzrə yazılı test çalışmalarını yerinə yetirmişlər. Yarışın nəticələrinə əsasən, Rəbbi Abbasov 1-ci, Rahim Ağayev 2-ci, Orxan Bayramov isə 3-cü yerin sahibi olmuşlar.
Qaliblərə “Nurgün Motors”un təsis etdiyi diplom və mükafatlar təqdim edilmişdir. Qaydalara görə, birinciliyi qazanan R.Abbasov bu il NIPEC-in Yaxın və Orta Şərq üzrə Regional mərhələsində Azərbaycanı təmsil edəcəkdir.