Azərbaycan Dövlət İnformasiya Agentliyi

Niyə məhz “Kənd təsərrüfatı ili”?!

Bakı, 16 yanvar, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar tarixli Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib.

Əslində, “Kənd təsərrüfatı ili” elan edilməsəydi belə, bu il aqrar sektorun inkişafına diqqətin iqtisadiyyatın digər sahələri ilə müqayisədə az olacağına yalnız sadəlövh insanlar inanardılar. Ona görə ki, 2003-cü ildə xalqın yekdil səsi ilə ilk dəfə Prezident seçilən dövlətimizin başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 11 ilin demək olar ki, hər biri “Kənd təsərrüfatı ili” hesab olunmağa layiqdir.

Bugünkü yaşlı və orta nəslin nümayəndələri ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində, xüsusilə müstəqilliyimizin bərpasının ilk çağlarında Azərbaycan kəndinin hansı durumda olduğunu yaxşı xatırlayırlar. Keçmiş SSRİ-dən miras qalan və bir idarəetmə forması kimi özünü qətiyyən doğrultmayan kolxoz və sovxozların dağılması, xüsusilə əvvəlki səriştəsiz hakimiyyətlərin Azərbaycan kəndinin problemlərini taleyin ümidinə buraxmaları nəticəsində şəhər-kənd münasibətlərində tarixən formalaşmış münasibətlər, o cümlədən urbanizasiya prosesi öz məntiqi məcrasından kənara çıxmışdı. Nəticədə Azərbaycanın kəndlərindən paytaxt Bakıya, hətta postsovet məkanının digər iri şəhərlərinə qarşısıalınmaz böyük köç başlanmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə MDB məkanında ilk dəfə həyata keçirilən uğurlu torpaq islahatından sonra Azərbaycan kəndlərinin boşaldılmasına hesablanmış bu anormal prosesi durdurmaq mümkün oldu.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə isə Azərbaycan regionlarının siması büsbütün dəyişib. Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycanın ən ucqar dağ rayonlarında belə sosial-iqtisadi, mədəni həyatın səviyyəsi şəhər həyatından qətiyyən fərqlənmir.

Elə düşünmək olardı ki, artıq həyat səviyyəsi şəhərlərdəkindən fərqlənməyən Azərbaycanın regionların elə bir ciddi problemi qalmayıb. Lakin yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının giriş və yekun nitqlərində irəli sürülən tezislər hər kəsdə regionlarımızın gələcək inkişaf istiqamətləri haqqında bir daha aydın təsəvvür yaratdı.

Dövlətimizin başçısının nitqindən məlum oldu ki, hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Eyni zamanda, qarşıdakı dövrdə, xüsusilə yenicə qədəm qoyduğumuz 2015-ci ildə aqrar sektorda nəhəng layihələrin reallaşdırılması planlaşdırılır. O da məlum oldu ki, keçən il və 2013-cü ildə müasir Azərbaycanın tarixində çox böyük yeri olan iki nəhəng layihənin- Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi Azərbaycanda hələ sovet dövründə mövcud olan ciddi problemin- onilliklər boyu müxtəlif səbəblərdən şorlaşıb sıradan çıxmış torpaqların, necə deyərlər, yenidən həyata qaytarılmasına, başqa sözlə, yeni əkin sahələrinin dövriyyəyə buraxılmasına hədəflənib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslında Azərbaycan hökumətinin birbaşa qeyr-neft sektorunun inkişafına xidmət edən bu nəhəng layihələri icra edərkən hansı strateji məqsədlər güddüyünü də çox aydın şəkildə bəyan etdi. Bildirdi ki, Şəmkirçay və Taxtakörpü su anbarları bilavasitə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Beləliklə, icrasına bir neçə il əvvəl başlanmış layihələrin yüksək səviyyədə tamamlanması müasir şəraitdə sivil dünya üçün ən aktual problemlərdən birinə çevrilmiş, Prezident İlham Əliyevin təbirincə desək, hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmli olan ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan dövlətinin necə geniş və aydın strategiyaya malik olduğunu əyani şəkildə sübut etdi.

Ümumiyyətlə, “Kənd təsərrüfatı ili”ndə müəyyən edilmiş bütün hədəflərə çatmaq məqsədilə əvvəlcədən güclü maddi-texniki baza yaradılıb. Prezident İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli Sərəncamı əsasında yaradılmış Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi 10 il ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb. Xaricdən 11 minə yaxın iribuynuzlu mal-qara, 2 mindən çox xırdabuynuzlu damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə satılıb.

Aqrar sektorda çalışan fermerlərə və digər sahibkarlara sahənin inkişafı üçün dövlət tərəfindən güzəştli şərtlərlə verilən kreditlərin həcmi isə yüz milyon manatlarla ölçülür.

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasını aqrar sektorun inkişafında əsaslı dönüş nöqtəsi kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, əməkdar kənd təsərrüfatı işçisi Əsəd Musayev dövlətimizin başçısının ölkənin ərzaq təhlükəsizliyi, xüsusilə daxili bazarın resursları hesabına özümüzü ən zəruri qida məhsulları təmin etməyimizlə bağlı müəyyənləşdirdiyi strategiyanın reallığı tam əks etdirdiyini deyir.

“Kənd təsərrüfatı ili”ndə aqrar sahədə çalışan alimlərin üzərinə çox böyük məsuliyyət düşdüyünü bildirən Əsəd Musayev belə hesab edir ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün elmi-tədqiqat müəssisələri, sınaq təsərrüfatları, fermerlər və elmi innovasiyanın digər istehsalçıları arasında müvafiq əlaqələr yaradılmalı, elmi nailiyyətlərin səmərəli tətbiq edilməsi, qabaqcıl təcrübənin fermer və digər sahibkarlar arasında yayılmasına ciddi fikir verilməlidir. Onun sözlərinə görə, bu, son nəticədə aqrar, təhsil, özəl və ictimai bölmələr arasında əlaqə mexanizmin qurulmasına, həmçinin qida məhsullarını emal edən iri kənd təsərrüfatı müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasına təkan verəcək. Nəticədə elmin son nailiyyətlərinin rəqabət qabiliyyətli məhsul istehsalına tətbiqi bu sahədə kommersiyalaşma prosesinə imkan yaradacaq.

Alimin fikrincə, özünü təminat sahəsində taxılçılığın əsas prioritet sahə kimi inkişaf etdirilməsi bu günün əsas tələbi olmalıdır. O, belə hesab edir ki, bu sahənin inkişafı, həmçinin əhalinin çörək, yarma və digər məhsullara ehtiyacını tam ödəməklə yanaşı, heyvandarlığın qüvvəli yemə olan tələbatının yerinə yetirilməsinə də imkan verəcək.

Mütəxəssis belə hesab edir ki, “Kənd təsərrüfatı ili”ndə ölkənin ərzaq təhlükəsizliyini və əhalinin artımını nəzərə almaqla aran rayonlarda ildə iki dəfə məhsul alınması, aqrar sektorda yeni əkin texnologiyalarının tətbiqi də qarşıda duran əsas məsələ olmalıdır. Bu hədəfə çatmaq məqsədilə fermer təsərrüfatlarında və digər aqraryönümlü təsərrüfat subyektlərində yeni texnologiyaların, sortların tətbiqi daim diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai isə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinin bütövlükdə ölkədə aqrar-sənaye kompleksinin inkişafında və dolayısı ilə əhalinin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını vurğulayır. Onun qənaətinə görə, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Ərzaq təhlükəsizliyi ilk növbədə hər bir ölkənin milli ərzaq müstəqilliyinə əsaslanmalıdır. Prezident İlham Əliyevin indiyədək imzaladığı silsilə Dövlət proqramları məhz bu məqsədə xidmət edir.

Alim buna əyani misal olaraq icrası tamamlanan və ya davam edən və ayrı-ayrı dövrləri əhatə edən yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramlarını, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını və digər rəsmi sənədləri göstərir. O, eyni zamanda, diqqəti 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının başa çatması ilə bir dövrə təsadüf etməsinə yönəldir. Hesab edir ki, “Kənd təsərrüfatı ili” Dövlət Proqramının 2015-ci il üçün əsas hədəflərinə çatmasında stimullaşdırıcı rol oynayacaqdır.

Cavanşir Təlai bildirir ki, Dövlət Proqramının 2015-ci il üçün icra meyarlarını təşkil edən hədəf göstəricilərinə bitkiçilik və heyvandarlıq məhsullarının ümumi istehsalının artırılması kimi həlli vacib məsələlər aiddir. Xüsusən də bu, özünü kənd təsərrüfatının prioritet sahələrindən biri olan və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rola malik taxılçılığın inkişafında göstərəcəkdir. Bu baxımdan yaradılacaq iri taxılçılıq təsərrüfatları, taxıl emalı müəssisələri dəstəklənəcək və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcəkdir. Bu da gələcəkdə ölkə əhalisinin ərzaqlıq buğdaya olan tələbatının ödənilməsinə və heyvandarlığın yem bazasının kökündən yaxşılaşmasına səbəb olacaqdır.

İnstitutun direktoru belə bir qəti qənaətə gələrkən Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı yekun nitqində söylədiyi bu fikirlərə əsaslanır: “Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaqdır. Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesi gedir, əminəm, biz özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik. Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq”.

Alim tam əmindir ki, elmi-tədqiqat müəssisələri əldə etdikləri innovativ elmi nəticələrlə cari “Kənd təsərrüfatı ili”ndə aqrar sektorun inkişafına öz töhfəsini verəcək. O, belə bir nikbinliyə son beş ildə əldə olunan elmi nəticələrin əsas verdiyini deyir. Bildirir ki, son beş ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına məxsus 42 dənli, dənli-paxlalı, tərəvəz, pambıq, meyvə bitki sortları rayonlaşıb, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilib və patentləşdirilib. Bunun 35 faizə qədəri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun payına düşür. Son beş ildə bu institutun alimlərinin yaratdıqları 14 sort, o cümlədən 8 yumşaq buğda, 4 arpa, 1 noxud və 1 yerfındığı sortu rayonlaşıb və patentləşib. Yaradılmış 19 dənli və dənli-paxlalı bitki sortu isə rayonlaşmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib. Eyni zamanda, institutda qlobal iqlim dəyişmələri şəraitində suvarma və dəmyə əkinçiliyində mütərəqqi resurs mühafizəedici texnologiyaların elmi-təcrübi əsasları işlənib hazırlanıb və fermer təsərrüfatlarında tətbiq edilib. Hər il taxıl toxumçuluğunda orijinal, superelit və elit toxumlarının istehsalına olan dövlətin sifarişi artıqlaması ilə ödənilir. Bütün bunlar “Kənd təsərrüfatı ili”ndə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə zəmin yaradır.

Beləliklə, tanınmış mütəxəssislərin şərhlərindən də göründüyü kimi, indiyədək əsasən abadlıq-quruculuq meydanı kimi xarakterizə olunan regionlarımız “Kənd təsərrüfatı ili”ndə həm də bol taxıl, meyvə-tərəvəz, çayçılıq, heyvandarlıq və digər qida məhsullarının yetişdirildiyi, son nəticədə isə ölkənin ərzaq təhlükəsizliyinin təmin edildiyi məkana çevriləcək.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərurda yarımtikili evdə yanğın olub

Gürcüstan 2025-ci ildə Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz alıb

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

ÜST Ebola virusuna yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib

Bu saata olan əsas xəbərlər

Misirdə yeni arxeoloji abidələr tapılıb

PSJ-nin qələbəsindən sonra Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780-ə çatıb

İçərişəhərdə yeni idman meydançasının açılışı olub VİDEO

İçərişəhərdə yeni idman meydançasının açılışı olub VİDEO

ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya və İraq üzrə xüsusi elçisi olacaq

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri Azərbaycanın strateji baxışının nümayişidir - ŞƏRH

Çində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

“Zirə” 5 futbolçu ilə yollarını ayırıb

Türkiyədə yeni dron monitorinq sistemi tətbiq ediləcək

Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq

Media: İran “Cənubi Pars” yatağında qaz hasilatını bərpa edib

Ağdamda “Qarabağ I Uşaq Kitab Festivalı”

Səməd Vurğunun yubileyinə həsr olunmuş konsertdə şagirdlərin ifasında əsərlər səsləndirilib

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Prezidentin Qarabağ səfəri zəngin proqramı və mühüm hadisələrlə yadda qaldı ŞƏRH

Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı kitab sərgisi açılıb

Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib

Praqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İyunun ilk günündə gözlənilən hava proqnozu açıqlanıb YENİLƏNİB

İsveçin Höteborq şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Uşaqlara dəstək: “Əlini mənə ver, dostum” adlı xeyriyyə sərgisi

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İran son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Praqada Faiq Sücəddinovun yaradıcılıq axşamı

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi: “Balaca şahzadə”

FHN: Vətəndaşlara fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

Bu saata olan əsas xəbərlər

Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub

“Sabah” nigeriyalı futbolçu ilə yollarını ayırıb

Şahdağa qar yağıb - Faktiki hava

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər

Yaponiyada gözlənilən hava şəraiti ilə əlaqədar 300-ə yaxın uçuş təxirə salınıb

ÜST: Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

ABŞ, Böyük Britaniya və Avstraliya sualtı dron texnologiyasını inkişaf etdirəcək

İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

ABŞ Prezidenti: İstədiyimizə nail oluruq

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var – YENİLƏNİB 2

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

NASA: ABŞ-nin üzərində meteorit partlayışının gücü 300 ton trotil gücünə bərabər olub

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb VİDEO

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib VİDEO

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb