SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 5-ci Raisina Dialoq Forumunda təmsil olunub
Bakı, 17 yanvar, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Mərkəzin Çin və Asiya ilə əməkdaşlıq üzrə koordinatoru Emil Məmmədov Çinin Daxili İşlər Nazirliyinin dəstəyi və Hindistanın Baş Naziri Narendra Mondinin himayəsi ilə təşkil olunan 5-ci Raisina Dialoq Forumunda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov məlumat verib. O bildirib ki, Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər çərçivəsində Forumun Asiyanın gələcəyi panelində regionda Çinin reallaşdırdığı “Bir kəmər, bir yol” təşəbbüsü haqqında məlumat verib.
Hindistanın yeganə Sülh mükafatçısı Kailaş Satyarthi ilə keçirilən görüşdə onun VIII Qlobal Bakı Forumu çərçivəsində Bakıya səfəri və rəhbərlik etdiyi Uşaqların Gələcəyi üçün Liderlər və Nobel Mükafatçıları (21 nobel mükafatçısı daxildir) platforması ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Qlobal böhranlar dövründə dünyada sülhün, dialoqun və tolerantlığın təbliği istiqamətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Kailaş təsis etdiyi mükafatı Mərkəzə təqdim edib.