Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə və işğaldan azad etdiyiniz Qarabağda apardığınız bərpa-quruculuq işlərində müvəffəqiyyətlər diləyirik.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin illik Qlobal Bakı Forumunda və mərkəzin dünya üzrə təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən dostları həm də Azərbaycanın dostlarına çevriliblər. Biz ümidvarıq ki, Sizin səyləriniz regionda davamlı sülhün bərqərar olunması, işğaldan azad edilmiş ərazilərin tezliklə yenidən qurulması ilə nəticələnəcək.

Zati-aliləri, fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz yüksək inam və etimada, həmçinin davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

 
Vayra Vike-Freyberqa
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
 
İsmail Serageldin
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
 
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
 
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
 
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
 
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri
 
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
2012-2015-ci illərdə Baş nazirin müavini
 
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
 
Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti
 
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
 
Kolinda Qrabar-Kitaroviç
2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti
 
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,
1991-2001-ci illərdə Misirin xarici işlər naziri
 
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
 
Katerina Yuşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı
 
Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri
 
Jan Baderşnayder
Quldarlığın Müasir Formalarının aradan qaldırılması üzrə Qlobal Fondun Şura sədri,
2000-2013-cü illərdə “Exxon Mobile” şirkətinin vitse-prezidenti
 
Mladen İvaniç
2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
 
Rövşən Muradov
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin