Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Bu tarixi nailiyyət təkcə diplomatiyanın və dövlətçiliyin təntənəsi deyil, həm də təfəkkürün bölücülük üzərində qələbə çalmasının sübutudur.
Bu, Qafqaz regionunda davamlı sülhün təmin edilməsi istiqamətində həlledici addımdır və bölgənin bütün xalqları üçün sabitliyin, firavanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi hadisə kimi yadda qalacaqdır. Biz, həmçinin bu sülhün ailələrin, uşaqların və icmaların hələ də əziyyət çəkdikləri hər bir məkana çatacağına inanırıq.
Biz Zati-alinizin xalqlar arasında anlaşmanın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində uzaqgörənlik, daimi fədakarlıq və sarsılmaz sadiqlik nümayiş etdirərək bu prosesin uğurla nəticələnməsinə şəxsi və həlledici töhfəsini xüsusi vurğulayırıq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın qlobal sülh səylərində etibarlı və hörmətli tərəfdaş kimi artan roluna şahidlik etməkdən qürur duyur və ortaq dəyərlərimizin prinsiplərinə uyğun olaraq, xalqlar, mədəniyyətlər arasında körpülər quran təşəbbüsləri dəstəkləməyə hazırdır.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik.