Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nizami Gəncəvinin həmişəyaşar əsərləri: poeziya və elmin vəhdəti

Nizami Gəncəvinin həmişəyaşar əsərləri: poeziya və elmin vəhdəti

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan xalqı hər zaman bəşəriyyətə görkəmli şəxslər, tanınmış ədiblər, böyük sənətkarlar bəxş edib. Belə dühalardan biri də mütəfəkkir şair Nizami Gəncəvidir (1141-1209). Ensiklopedik biliyə malik olan, orta əsrlər Şərqinin ən böyük şairlərindən sayılan Nizaminin bütün əsərləri özündə müxtəlif elm sahələrini əhatə edir. Bu il dahi şairin anadan olmasının 880 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovanın “Nizami Gəncəvinin həmişəyaşar əsərləri: poeziya və elmin vəhdəti” məqaləsində yer alıb.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı ədəbiyyatımıza, mədəniyyətimizə, tariximizə, milli-mənəvi sərvətimizə, klassik irsə dövlət səviyyəsində dəstək verildiyini bir daha sübut edir. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə, elminə, təhsilinə, mədəniyyətinə, xalqımızın görkəmli şəxsiyyətlərinə hər zaman xüsusi diqqət yetirib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər həyata keçirilir.

Professor İradə Hüseynova məqalədə dahi Nizami Gəncəvinin əsərlərində Azərbaycan-türk amili, həmçinin tarixi hadisələri təsdiqləyən faktları araşdırıb, mütəfəkkir şairin beş poemadan ibarət “Xəmsə”sinin ayrı-ayrı əsərlərini təhlil edib. Alim yazır: “Nizami 1174-1175-ci illərdə “Xəmsə”nin ilk poeması olan “Sirlər xəzinəsi”ni qələmə almaqla didaktik poema janrını təkmilləşdirib. Əsərdə əsas ideya və mövzu olaraq ədalət və əmək mövzusu, dövrün mühüm ictimai-siyasi və əxlaqi məsələləri öz əksini tapıb. Nizami özünün türk (azərbaycanlı) olduğunu bir sıra əsərlərində, o cümlədən “Sirlər xəzinəsi”ndə təsbit edib. Məsələn:

Şivəm qərib görünsə rədd etmə, ey şəhriyar,

Azca nəvaziş görsə, qəriblikdən qurtular.

Bununla da Nizami fars şairlərinin arasında özünü qərib hiss etdiyini vurğulayır. Ümumiyyətlə, şair bütün yaradıcılığı boyunca “türk” sözünü yalnız müsbət mənada - gözəllik, qüvvət, paklıq, ağlıq və işıq anlayışları ilə eyniləşdirir. Nizaminin fikrincə, türklük gözəlliyin ən yüksək mərtəbəsidir:

Türk gözəli gülərkən qəndin qəlbi daralır,

Ceyranların gözündən gözlər sürməni alır”.

“Sirlər xəzinəsi”nin “Sultan Səncər və qarı hekayəsi”ndə isə türk hökmdarını ədalətli və vicdanlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç vaxt zalım və ədalətsiz olmamışlar, lakin Sultan Səncər belə deyildir. O, qəddarlığı və zülmkarlığı nəticəsində türk adına heç bir şərəf gətirmir. Ona görə də Nizami bir qarının dili ilə türk hökmdarı Sultan Səncəri ədalətsiz işlərinə görə tutarlı şəkildə ittiham edir:

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,

Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,

Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.

Bu sətirlərdən aydın olur ki, Nizami Gəncəvi Sultan Səncərə müraciət edərək, bütün türk hökmdarlarının ədalətli olmasını arzulayır, onları türk düşüncəsinə və adət-ənənələrinə əməl etməyə, xalqla hörmətlə yanaşmağa, rəiyyətlə rəhmli davranmağa səsləyir. Eyni zamanda, şair Azərbaycanda bir türk dövlətinin mövcud olduğunu bəyan edir”.

Məqalədə Nizaminin milli kimliyi və əsərlərinin fars dilində yazılması kimi məsələlər şairin əsərlərindən gətirilən nümunələr əsasında araşdırılır.

Professor İradə Hüseynova qeyd edir ki, “Xəmsə”yə daxil olan “Xosrov və Şirin” poeması Atabəy Məhəmməd Cahan Pəhləvana (1173-1186) ithaf olunub. Əsərin süjetinin əsasını Sasani şahı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında Şərqdə geniş yayılmış “Xosrov və Şirin” əfsanəsi təşkil edir. Bu mövzunu yazılı ədəbiyyata ilk dəfə Əbülqasım Firdovsi gətirib. Nizami əsərdə öz sələfini xatırlayır, lakin bu qədim tarixi mövzunu təkrarlamadığını, yeni üslubda işlədiyini vurğulayır:

Söylərkən o həkim bu xoş dastanı,

Çıxarıb içindən eşqi, fəğanı.

Altmış yaşındaydı yazanda bunu,

Saxlaya bilmirdi yayda oxunu.

Məqalədə diqqətə çatdırılır ki, Nizami Gəncəvi təkcə şair deyil, həm də alim və tədqiqatçı idi. O, qələmə almağa hazırlaşdığı mövzunu dərindən öyrənib, müxtəlif mənbələrə, şair və filosofların əsərlərinə müraciət edib. Bu baxımdan, “Xəmsə”nin üçüncü poeması olan “Leyli və Məcnun” da istisna deyil. 1188-ci ildə cəmi dörd ay müddətinə yazıb başa çatdırdığı “Leyli və Məcnun” dastanını yazmaq üçün böyük şair müxtəlif məxəzlərə müraciət edib, müqayisələr aparıb, yalnız bundan sonra işə başlayıb. Qeyd edək ki, Nizami Gəncəvi Şirvanşah Axsitanın “Leyli və Məcnun” mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qarşılayıb. Bununla əlaqədar hisslərini poemada belə ifadə edib:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçım,

Nə də gözüm vardı xəzinə açım.

Ömrüm viran oldu, solub-saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

“Xəmsə”yə daxil olan “Yeddi gözəl” poemasının mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağlıdır. “Leyli və Məcnun” əsəri kimi bu poemanın da mövzusu ilə bağlı uzun müddət axtarışlar aparılıb:

Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ.

Ərəbcə, dəricə, yeri düşərkən

Buxari, Təbəri əsərlərindən,

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım.

Professor İradə Hüseynova yazır: “Yeddi gözəl” poemasında da Nizaminin türkə və türklüyə sonsuz məhəbbət və ehtiramını izləmək mümkündür. Məsələn, şair yeddi ölkəni təsvir edir ki, bunlardan üçü sırf türk ölkəsidir. Bu fakt onun türk milli mənsubiyyətini və türk xalqına böyük məhəbbət bəslədiyini sübut edir. Əsərdə gözəllərin dilindən danışılan əhvalatların ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin diliylə təqdim olunur”.

Məqalədə bildirilir ki, Nizaminin son və ən irihəcmli əsəri “İsgəndərnamə”dir. “Şərəfnamə” və “İqbalnamə”dən ibarət olan bu poemaya şair ömrünün xeyli hissəsini sərf edib və onu ölümündən bir qədər əvvəl bitirib. Nizami Firdovsidən sonra İsgəndər mövzusuna müraciət edən ikinci şairdir. Lakin Firdovsinin “Şahnamə” əsərində İsgəndər haqqında rəvayət həcmcə kiçikdir. Nizami isə “İsgəndərnamə” dastanı ilə sələfinin bu rəvayətini həm həcminə, həm də əhəmiyyətinə görə üstələyib. Bir məqamı da qeyd etmək lazımdır ki, xüsusən “İsgəndərnamə” əsərində biz Azərbaycan-türk coğrafiyasındakı toponimlərin sıralanmasını, əyalətlərin təsvirini görə bilirik. Əsərdə Nizami türk (qıpçaq) gözəllərini tərif etməkdən yorulmur.

Vurğulanır ki, Şərq xalqlarının müəllifləri də Nizaminin yaradıcılığına böyük maraq göstərib, onu ustad hesab edərək, sonrakı əsrlərdə onlarca “Xəmsə” yaradıblar. Beləliklə, Nizami özündən sonra bir məktəb qoyub. Nizaminin yaradıcılığı müsəlman Şərqinin görkəmli şairləri Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi sənətkarların yaradıcılığına təsir edib.

Məqalənin hazırlanmasında şərqşünas alimlər Aqafangel Krımski, Yevgeni Bertels, Ziya Bünyadov, habelə Məmməd Əmin Rəsulzadə, ədəbiyyatşünas alimlər İsa Həbibbəyli, Almaz Binnətova və başqa müəlliflərin əsərlərindən, xaricdə nəşr edilmiş kitablardan və digər mənbələrdən istifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ