RƏSMİ XRONİKA
N.M.XUDİYEVİN “AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nizami Manaf oğlu Xudiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2006-cı il