Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz” Federal Dövlət Büdcə Elmi Müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdovdan

Çox hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah arzulayıram. Qoy etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə səmimi qəlbdən qarşıya qoyduğunuz məqsədlərə nail olmağı, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Mixail Davıdov

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz” Federal Dövlət Büdcə Elmi Müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin