Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nobel mükafatı laureatları Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüblər VİDEO

Bakı, 28 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

Bakı Beynəlxalq Humanitar Forumu dünya birliyinin görkəmli siyasi, elmi və mədəni elitasının nümayəndələrinin, həmçinin tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin bir araya toplaşdığı illik platformadır. Bundan əlavə, həmin Foruma hazırkı və ya keçmiş dövlət başçıları və transmilli korporasiyaların rəhbərləri dəvət edilir. İnsan fəaliyyətinin bütün sahələrinin təmsilçiləri bir məkana toplaşaraq bəşəriyyəti narahat edən ümdə məsələlərin optimal həlli yollarını axtarırlar.

2011-ci ildən bəri ənənəvi keçirilən bu Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləri olub.

Forumun məqsədi bəşəriyyət üçün maraq doğuran qlobal xarakterli məsələlərin geniş spektrinə dair “dəyirmi masa”larda, panel iclaslarında fikir mübadiləsi, müzakirələr və dialoq aparmaqdır. Builki Beynəlxalq Bakı Forumunun “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa”sını İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialı təşkil edəcək. “Dəyirmi masa”da müasir tibb elminin çağırışları və tibbi təhsil problemləri; müasir mərhələdə molekulyar biologiya, biofizika, biotexnologiyanın innovativ və etik problemləri; müasir təbabətin aktual problemlərinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də 1993-cü il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı ser Riçard Con Roberts (Böyük Britaniya) və 2004-cü il üçün kimya üzrə Nobel mükafatı laureatları Avram Gerşko və Aaron Çexanover (İsrail) İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələri ilə görüşüblər.

Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək dünyanın nüfuzlu alimlərinin V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etməsini dünyada ölkəmizin nüfuzunun artmasının təsdiqi kimi qiymətləndirib. Qeyd edilib ki, kollektiv məşhur alimlərin İ.M.Seçenov adına MDTU-nun Bakı filialında olmasından qürur duyur.

Rektor Nobel mükafatı laureatlarının bioqrafiyası və elmi nailiyyətləri barədə tələbələrə məlumat verib, habelə qonaqları bu ali məktəbin yaradılması tarixi, onun fəaliyyəti və uğurları ilə tanış edib. Diqqətə çatdırılıb ki, biokimya və molekulyar biologiya sahəsində britaniyalı mütəxəssis ser Riçard Con Roberts eukaruotik DNT-də intronları və splaysinq mexanizmini kəşf edib. 1993-cü ildə o, Fillip Şarp Roberts ilə birlikdə “bir-birindən asılı olmadan genin fasiləli strukturunu kəşf etdiyinə görə” fiziologiya və təbabət üzrə Nobel mükafatı alıb. İsrailli kimyaçı Avram Gerjko Aaron Çexanover və İrvin Rouz ilə birlikdə zülalların proteasomlarda deqradasiyasının hüceyrə sistemində ubikvitinin rolunun tədqiqinə görə 2004-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. Hazırda Avram Gerşko Hayfada Texnion (İsrail Texnologiya İnstitutu) nəzdindəki Rappaport İnstitutunun aparıcı professoru və Nyu-York Universitetinin professorudur. Aaron Çexanover 1976-cı ildən Avram Gerşkonun rəhbərliyi altında retikulositlərdən (tərkibində lizosonlar olmayan eritrositlərin sələfləri olan hüceyrələrdən) model kimi istifadə etməklə qeyri-lizosomal hüceyrədaxili proteoliz problemi üzərində işləyib. Bu araşdırmalar proteasomlarda zülalların deqradasiyasının hüceyrə sistemində ubikvitinin rolunun kəşf edilməsi ilə nəticələnib.

Dünya şöhrətli alimlər ölkəmizdə olmalarından məmnunluqlarını bildirərək qeyd ediblər ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri arasında layiqli yer tutur. Nobel mükafatı laureatları dil bilməyin üstünlüyünü, müasir dünyada xalqların tərəqqisində elmin və təhsilin mühüm rolunu vurğulayaraq bu sahələrin inkişafı barədə fikirlərini söyləyib, gənclərə tövsiyələr veriblər.

Vurğulanıb ki, yalnız qeyri-adi dərəcədə məqsədyönlü fəaliyyət, inadkarlıq, elmə sədaqət sayəsində böyük alim olmaq mümkündür. Qeyd edilib ki, gələcək alimin intellektual inkişafında biliklərlə yanaşı, məsuliyyət amili də böyük əhəmiyyət kəsb edir. Bəzən elmi kəşflər xoş bir təsadüf nəticəsində edilir və belə hallarda adama elə gəlir ki, guya alim dühasının burada ümumiyyətlə heç bir rolu yoxdur.

Sonda məşhur alimlər İ.M.Seçenov adına MDTU-nun Bakı filialının tələbələrinin çoxsaylı suallarını cavablandırıblar.

Nobel mükafatı laureatları Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir