DÜNYA
Norveç bu ölkənin dilini öyrənmək üçün daha fəhlələrə pasport verməyəcəkdir
Stokholm, 18 iyun (AZƏRTAC). Norveç bu ölkənin dilini öyrənmək üçün daha fəhlələrə pasport verməyəcəkdir.
Norveç İmmiqrasiya Direktorluğunun (UDI) qaydalara etdiyi dəyişikliklərə görə, Norveç dilinin öyrənilməsi üçün ixtisaslı fəhlələrə pasport verilməyəcəkdir.
UDI elan etmişdir ki, bu yaxınlarda direktorluq Norveç dilini öyrənməyə hazırlaşan ixtisaslı fəhlələrə pasportların verilməsi barədə ərizələrin qəbulunu dayandırmışdır. Eyni qaydalar icazələrin vaxtının uzadılması barədə ərizələrə də şamil olunur.
UDI-dən bildirmişlər ki, Norveç Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin qaydalara dəyişiklik etmək qərarının səbəbi budur ki, pasport almaq üçün ərizə verənlərin çox az qismi sonralar Norveçdə ixtisaslı işə qəbul olunmuşdur. Qaydalar bu ölkədə işləmək üçün Norveç dilini öyrənməyə hazırlaşmayan şəxslər tərəfindən də pozulmuşdur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm