Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli 721 nömrəli Fərmanı) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Müəyyən edilsin ki:

3.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

3.2. həmin Qanunun 27-ci maddəsində (birinci halda), 32-ci maddəsinin on birinci (birinci halda), 39-cu və 43-cü maddələrinin ikinci, 74-cü maddəsinin beşinci, 76-cı maddəsinin doqquzuncu və 93-cü maddəsinin ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 4-cü maddəsinin birinci, ikinci və beşinci, 5-ci maddəsinin birinci və üçüncü, 6-cı maddəsinin ikinci və üçüncü, 7-ci maddəsinin birinci, ikinci və dördüncü, 7-1-ci maddəsinin birinci, ikinci və dördüncü, 10-cu maddəsinin üçüncü, altıncı və yeddinci, 14-cü maddəsinin birinci, ikinci və yeddinci, 16-cı maddəsinin birinci, ikinci və üçüncü, 17-ci maddəsinin ikinci, 20-ci maddəsinin birinci, ikinci, üçüncü və dördüncü, 21-ci maddəsinin birinci, ikinci (dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnamənin təsdiq edilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılmaqla), üçüncü və altıncı, 22-ci maddəsinin ikinci, 24-cü maddəsinin birinci, ikinci (hər iki halda), dördüncü (birinci halda), beşinci və altıncı (hər iki halda) hissələrində, 25-ci maddəsinin birinci, ikinci, dördüncü, altıncı və yeddinci hissələrində, 25-1-ci maddəsinin birinci hissəsində, üçüncü hissəsinin birinci və ikinci cümlələrində, doqquzuncu hissəsində, 26-1-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü cümlələrində, üçüncü və beşinci hissələrində, 26-2-ci maddəsinin yeddinci və 68-ci maddəsinin dördüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.4. həmin Qanunun 3-cü maddəsinin səkkizinci (hər iki halda), 4-cü maddəsinin altıncı, 10-1-ci və 12-ci maddələrinin birinci, 14-cü maddəsinin altıncı, 25-ci maddəsinin on birinci və on ikinci hissələrində, 26-2-ci maddəsinin dördüncü hissəsində, altıncı hissəsinin 1-ci və 4-cü bəndlərində, doqquzuncu və onuncu hissələrində, 29-cu maddəsinin beşinci hissəsində (birinci halda), 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda), onuncu, on birinci (ikinci halda) hissələrində, 33-cü maddəsinin beşinci, 74-cü maddəsinin yeddinci hissələrində, 76-cı maddəsinin altıncı hissəsində və 79-cu maddəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.5. həmin Qanunun 15-ci maddəsində, 18-ci maddəsinin adında və birinci hissəsində, 28-ci maddəsinin ikinci, 45-ci maddəsinin birinci və ikinci, 64-cü maddəsinin birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 33-cü maddəsinin birinci və ikinci, 35-ci maddəsinin beşinci, 41-ci maddəsinin birinci, 44-cü maddəsinin birinci və ikinci (hər iki halda), 48-ci maddəsinin birinci və üçüncü (hər iki halda) hissələrində, 50-ci maddəsində (hər iki halda), 64-cü maddəsinin ikinci hissəsində, 65-ci maddəsində, 67-ci maddəsinin birinci və üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər;

3.6. həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi həyata keçirirlər;

3.7. həmin Qanunun 24-cü maddəsinin dördüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli qurumları həyata keçirirlər;

3.8. həmin Qanunun 27-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirirlər;

3.9. həmin Qanunun 29-cu maddəsinin beşinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;

3.10. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış” dedikdə avtonəqliyyat vasitəsinin axtarışda olub-olmadığı barədə və həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulub-qoyulmadığı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən arayış nəzərdə tutulur;

3.11. həmin Qanunun 32-ci maddəsinin yeddinci hissəsində və 58-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

3.12. həmin Qanunun 58-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti orqanı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər;

3.13. həmin Qanunun 90-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları həyata keçirirlər;

3.14. həmin Qanunun 32-ci maddəsinin doqquzuncu hissəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

3.15. həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində və 14-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası başa düşülür.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin