Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“NOTARİAT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 10; 2001-ci il, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004-cü il, № 5, maddə 318; 2005-ci il, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007-ci il, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 1, maddə 5, № 7, maddə 517, №11, maddə 878) 6-cı maddəsinin üçüncü və dördüncü hissələri aşağıdakı redaksiyada verilsin:

“Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.

Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə bu maddənin birinci hissəsində müəyyən edilmiş haqq ödəməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin