CƏMİYYƏT
Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə tədbir keçirilmişdir
Bakı, 18 mart (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ, Xəzər və Xətai rayonları gənclər və idman idarələrinin əməkdaşları və hərbi hissənin rəhbərliyi iştirak etmişlər.
Tədbirdə çıxış edənlər qarşıdan gələn Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar.
İşğal altında olan bütün Azərbaycan torpaqlarının dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilmişdir.
Sonra BŞGİBİ tərəfindən bir qrup əsgər və zabit heyətinə hərbi xidmətdə fərqləndiklərinə görə diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbir gənc müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.