İQTİSADİYYAT
Noyabr ayında 80 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrda 80 min 795 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 milyon manatdan çox olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində 9,2 faiz artım müşahidə edilmişdir.
Ümumilikdə, yanvar-noyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 856,3 sığorta müqaviləsi bağlanmışdır. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 65,4 milyon manat təşkil etmişdir.
Noyabr ayında orta sığorta haqqı 78,6 manat olmuşdur.