NÜMAYƏNDƏ HEYƏTİ VƏTƏNƏ QAYITMIŞDIR
Çıxışlarda qeyd olunmuşdur ki, bəzi qüvvələr sovetlərdən və bu ölkənin keçmiş rəhbərliyi dövründən qalma problemlərdən istifadə edərək, Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirmək istəyirlər. Natiqlər iki qonşu dövlət arasında münasibətlərin pozulmasına imkan verməyəcəklərini, İlham Əliyev ilə Mixail Saakaşvilinin dostluğunu inkişaf etdirəcəklərini vurğulamışlar.
Sonda Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfərini yüksək qiymətləndirən, bu cür missiyaların davamlı olmasını arzulayan soydaşlarımız göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.