SİYASƏT
OANA-ya 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən AZƏRTAC-a keçib VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) 2016-2019-cu illərdə sədrlik Rusiyanın TASS agentliyindən AZƏRTAC-a keçib.
Bu barədə qərar Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının Bakıda keçirilən XVI Baş Assambleyasında təsdiqlənib.
Assambleyada AZƏRTAC-ın baş direktoru Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.
Tədbirdə, həmçinin İcraiyyə Komitəsinin yeni üzvləri seçilib.
Qeyd edək ki, AZƏRTAC OANA-ya 2004-cü ilin sentyabrında üzv qəbul olunub. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən XIII Baş Assambleyasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin üzvü, 2013-cü il sentyabrın 18-22-də Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC-ın baş direktoru OANA-nın vitse-prezidentlərindən biri seçilib. Həmin toplantıda gizli səsvermə nəticəsində AZƏRTAC 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.