Odda yanmaz, suda batmaz dəmirağac
Bakı, 24 avqust, AZƏRTAC
Təbii halda bitən və adı “Qırmızı kitab”a düşən dəmirağacına ölkəmizin cənub rayonlarında - Lerik, Astara və Lənkəranın meşə massivlərində rast gəlmək mümkündür. El arasında şəfalı ağac kimi də tanınan dəmirağacını digər ağaclardan fərqləndirən xüsusiyyətlər çoxdur. Onun parçaları odda yanmır, suda batmır. Üstəlik o qədər bərkdir ki, gövdəsinə mismar da çalmaq mümkün olmur. Ağacın daha bir fərqli cəhəti isə onun budaqlarını bir-birinə sürtdükcə birləşməsidir.
AZƏRTAC xəbər verir ki, dəmirağac cənub meşələrində qrup və zolaq halında yayılıb. Dəniz səviyyəsindən 400-600 metrə qədər yüksəkliklərdə ona rast gəlmək olar, həmin yüksəklikdən nisbətən aşağı sahələrdə populyasiya halında üzləşmək olar. Ondan bəzən parklarda dekorativ ağac kimi də istifadə olunur. Yarpaqları sıx olduğu üçün altında daim rütubətlilik olur, yarpaq və kötüyündə turşuluq çox olduğuna görə kölgəsində bitki örtüyünə rast gəlinmir. Dəmirağacın spesifik xüsusiyyəti oduncağının möhkəm olmasıdır. Oduncağı rütubətə davamlı olduğuna görə ondan daha çox gəmiqayırmada istifadə olunur.
Dəmirağac şaxtaya qarşı dözümlüdür və bəzən hətta 25-30 dərəcə şaxtaya tab gətirir. Dünyada ondan avtomobil sənayesi, telefon və elektrik dirəklərinin qurulmasında, körpülərin tikilməsində geniş istifadə olunur. 200 ilə yaxın ömür sürən dəmirağac 25 metr hündürlüyədək yüksəlir. Hazırda onun sayı az olduğundan Hirkan Milli Parkında mühafizə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]