OĞRULAR CƏZALARINA ÇATMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İyunun 4-də Ağstafa rayonunun Dağkəsəmən kəndində “Çinar” MMC-yə məxsus mağazadan 295 manat dəyərində danışıq kartları oğurlanmışdır.
Hadisəni törədən Şəmkir rayon sakinləri Rahib Məmmədov, Elşad Qurbanov, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Ziyad Ağayev və Emil Kərimov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, cinayət məsuliyyətinə cəlb edilmişlər.
Metronun 20 Yanvar stansiyasında Yevlax rayon sakini Zamir Bəkirovun cibindən pul kisəsi oğurlanmışdır.
Hadisəni törətmiş Ağstafa rayon sakini Ramin Cəfərov Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]