OĞRULAR CƏZALARINA ÇATMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın “28 May” küçəsində Cəlilabad rayon sakini Namiq Eyvazovun mobil telefonunu oğurlamış Neftçala rayon sakini Vüqar Mahmudov Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində Mikayıllı kənd sakini Həsən Kərimova məxsus “VAZ-21011” markalı avtomaşını qaçırmış qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fazil Bağırov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Buzovna qəsəbə sakini Əlihüseyn Atakişiyevə məxsus “Mercedes” markalı avtomaşın qaçırılmışdır. Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları avtomaşını qaçırmış qəsəbə sakini Anar Səfərovu saxlayaraq məsuliyyətə cəlb etmişlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]