OĞRULAR “İŞ BAŞINDA” YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakini Elvin Tanrıverdiyev və Orxan Abbasov M.Rəsulzadə qəsəbəsinin A.Hüseynov küçəsindəki “Qasid” mətbuat yayımı şirkətinə məxsus köşkdən 112 manat pul, 242 manat dəyərində lotoreya və tütün məmulatlarını oğurlayarkən Binəqədi Rayon Polis İdarəsi 4-cü bölməsinin əməkdaşları tərəfindən yaxalanmışlar.
Baş Mühafizə İdarəsi və Nizami Rayon Polis İdarəsi 25-ci bölməsinin əməkdaşları isə Əzizbəyov dairəsindəki körpünü işıqlandıran elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Böyük Şor qəsəbəsinin sakinləri Haldun Səfərəliyevi və Nihad İsmayılovu həbs etmişlər.
Hər iki faktla əlaqədar cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]