Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 6 fevral (AZƏRTAC). Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Şahlar Səmidovu məsuliyyətə cəlb etmişlər.
Ş.Səmidov fevralın 4-də rayon sakinləri Hacalı Seyidov, Elşad Yusifov və Məhəddin Hüseynova məxsus iribuynuzlu mal-qaranı, Zabit Şıxalıyevin isə qoyun-quzusunu oğurlamaqda təqsirli bilinir.
Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinin əməkdaşları isə yanvarın 20-də vətəndaş Aslan Qasımovun evindən 1140 manat, 900 ABŞ dolları pul və 1 mobil telefon oğurlamış Şərur rayon sakini Rəhim Babayevi yaxalamışlar.
Daha bir oğurluq hadisəsinin üstü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən açılmışdır. Onlar yanvarın 30-da vətəndaş Şəmşir Mirzəyevə məxsus iribuynuzlu heyvanı oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Mansur Vəliyev və Məmməd İsmayılovu saxlamışlar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində oğruların Mehdi Ağayevə, Müşfiq Ağamalıyevə, Bilal Əzimova məxsus ev quşlarını oğurlamaları da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [20:58]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [20:05]
Bu saata olan əsas xəbərlər
- 20.11.2026 [20:00]
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
- 20.11.2026 [19:52]