OĞRULAR MƏSULİYYƏTƏ CƏLB EDİLMİŞLƏR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Maştağa qəsəbə sakini Mərdan Babayev və Bakı şəhər sakini Vüsal Əliyev Buzovna qəsəbə sakini Qəni Camalzadəyə məxsus mağazadan oğurluq edərkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşlar.
Nəsimi rayonunda Xalid Fərmanova məxsus mağazadan 1200 manat pul və 1 ədəd mobil telefon oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Kazımov və Ağsu rayon sakini Teymur Rəhimov Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Lənkəran rayon sakini Şamil Əliyevə və Ucar sakini Elbrus Kazımova məxsus mobil telefonlar paytaxtın Nizami rayonu ərazisindəki istirahət parkında oğurlanmışdır. Nizami Rayon Polis İdarəsi 24-cü bölməsinin əməkdaşları oğurluğu törətmiş Quba rayon sakini Kamran Muradovu tutmuşlar. Səbail rayonunun F.Qurbanov küçəsində, Bakı şəhər sakini Tərlan Şıxəliyevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 40 manat pul və tütün məmulatları oğurlanmışdır. Səbail Rayon Polis İdarəsi 8-ci bölməsinin əməkdaşları hadisəni törətmiş Zaqatala rayon sakini Avtandil Məmmədov, Ağsu rayon sakini Teymur Rəhimov və Şirvan şəhər sakini Maqsud Kərimovu həbs etmişlər.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Gülmalıyevə məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini Elməddin İmanzadə tutulmuşdur. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da R.Şirinova və sentyabrın 9-da F.Mehdiyevə məxsus mağazalardan da oğurluq etməsi müəyyənləşmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.