Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 20 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Bakıxanov qəsəbəsinin sakini Sarvan İbiyevə məxsus mağazadan 31 manat və danışıq kartlarını oğurlamaqda şübhəli bilinən Sabunçu qəsəbəsinin sakini Əmrah Əliyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
tutulmuşdur. Ə.Əliyevin həmin gün Bakıxanov qəsəbəsinin sakini İlqar Əzizovun idarə etdiyi “İSUZU” markalı avtomaşından 29 manat oğurlaması da müəyyən edilmişdir.
Oktyabrın 16-da N.Rəhimovun evindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Elmir Qurbanov Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Biləsuvar rayonunun Bəydili kənd sakini Balayar Budaqovun evindən 30 manat pul və qızıl əşyaları oğurlanmışdır.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]