Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 5 noyabr (AZƏRTAC). 2009-cu il dekabrın 9-da S.Mürsəlovun evindən oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Sahil Bağırov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Avqustun 19-da A.Aslanova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Əmrah Əliyev Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Noyabrın 1-də S.Əliyevə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Pərviz Rəhmanov Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]