Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 11 noyabr (AZƏRTAC). Böyükşor qəsəbəsindəki “Mars A” MMС-nin həyətindən metaldan hazırlanmış 503 dam örtüyünü oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakinləri Nazim Rəhimov, İlqar Hümbətov, Famiz Balakişiyev, Ağsu rayon sakinləri Şamil Mürsəliyev və Haсıalı Сəmiyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişlər.
Mingəçevir şəhər sakini Hüseyn Сabbarova məxsus mağazadan 153 manat pul oğurlanmışdır.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Goranboy rayon sakini Azər Allahverdiyev tutulmuşdur.
Oktyabrın 24-də Elşən Hüseynovun evindən oğurluq etməkdə şübhəli bilinən Keşlə qəsəbəsinin sakini Pərvanə Süleymanova Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Noyabrın 8-də Yasamal rayonundakı Talıblı küçəsində yaşayan Murad Sultanovun evindən məişət və sənaye malları oğurlanmışdır.
Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Elnur İbadov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]