Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 18 noyabr (AZƏRTAC). F.X.Xoyski prospektində Bakı şəhər sakini Mirfaiq Əliyevə məxsus “VAZ-2107” markalı avtomaşından səsgücləndiricini söküb oğurlamaqda şübhəli bilinən həmyerlisi Malik Hüseynov Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Noyabrın 12-də paytaxt sakini Rəşid Nəbiyevə məxsus avtomaşınları yuma sexindən 1 tozsoranı oğurlamaqda şübhəli bilinən M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri Pünhan Mustafayev və İntiqam Mehdiyev Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Noyabrın 1-də Qabil Hüseynova məxsus plastik pəncərələri oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İ.Əliyev və Pərviz Abduni Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişlər.
Noyabrın 10-da Göyçay rayonunun Çərəkə kənd sakini Rauf Məmmədovun evindən geyim əşyaları oğurlanmışdır. Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Nurəddin Tağıyev tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]