Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 1-də Gülnar Babayevaya məxsus çantanı oğurlamaqda şübhəli bilinən Yusif Rzayev Bakı Şəhəri Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Noyabrın 29-da Yeni Suraxanı qəsəbəsində yaşayan Əliheydər Əliyevin evindən ev əşyaları oğurlanmışdır. Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Əhmədov yaxalanmışdır.
Dekabrın 1-də Cavid Cəbrayılova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Sərxan Bağırov və Heybət Mirzəyev Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Dekabrın 2-də Seyidməmməd Məmmədova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Məhəmməd Mehdizadə Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Dekabrın 2-də Ələmdar Şahverdiyevə məxsus vaqonun hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Müşfiq Mirzəyev Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.