Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 9 dekabr (AZƏRTAC). Dekabrın 3-də Mətləb Məmmədova məxsus “VAZ-2107” markalı avtomaşından oğurluq etməkdə şübhəli bilinən Elxan Məmmədov Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Noyabrın 29-da Yetərxanım Kərimovaya məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ramin Soltanov və Elman Zülfüqarov Qaradağ Rayon Polis İdarəsi və Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Noyabrın 11-də Türkiyə vətəndaşı Köse Sedata məxsus “TİR” markalı avtomaşından 3 min 500 dolları oğurlamaqda şübhəli bilinən Rasim Tağıyev Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]