Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 7-də Şirvan şəhərində Sahib Məmmədova məxsus mağazadan naməlum şəxs tərəfindən 300 manat və tütün məmulatları oğurlanmışdır.
Oğurluqda şübhəli bilinən Şirvan sakini Elşad Quliyev şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Bundan başqa avqustun 7-dən 9-dək olan müddət ərzində Xəqani İbrahimova, Aytəkin Vahabovaya və Novruz Umralıya məxsus iri buynuzlu heyvanları oğurlamış Oğuz rayon sakinləri Habil Əhmədov və Mətləb Rzayev rayon polis şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]