Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 18 avqust (AZƏRTAC). Avqustun 15-16-da Abşeron rayonunun Novxanı kəndindəki dəniz çimərliyində naməlum şəxslər tərəfindən Ucar rayon sakinləri Orxan Məmmədova, Füzuli Ələkbərova və Abşeron rayon sakini Zakir Əliyevə məxsus mobil telefonlar, qızıl və şəxsi əşyalar oğurlanmışdır.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Corat qəsəbəsinin sakinləri Mahir Abdullayev və Zaur Musayev saxlanılmışlar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 16-da Ceyhun Həsənova, Vurğun Məmmədova, Elşən Əfəndiyevə məxsus pul, mobil telefon, geyim əşyaları və şəxsi sənədlər oğurlamaları da müəyyən edilmişdir.
Bundan əlavə, iyulun 28-də Yusif Abbasova məxsus velosipedi və samovarı oğurlamış paytaxt sakini Anton Boroşkov Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]